Azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı Braziliyada keçirilmiş mətbuat konfransı ölkə televiziyasında yayımlanıb

İyunun 12-də Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında on gün öncə azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcər rayonu ərazisində peşə xidmətlərini yerinə yetirərkən mina partlayışı nəticəsində dünyalarını dəyişməsi ilə əlaqədar ölkəmizin Braziliyadakı səfirliyinin təşkil etdiyi mətbuat konfransına həsr edilmiş süjetlər yayımlanıb.

Səfirlikdən  AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində səfir Elxan Poluxov Azərbaycanın azad olunmuş ərazilərində erməni minalarının partlaması nəticəsində həlak olmalarını kədərlə qeyd edib və buna qəti etirazın bildirilməsinə dair çağırış edib. Həmçinin, jurnalist Fabiana Ceyhan səfirlik tərəfindən təşkil olunan mətbuat konfransının mahiyyəti haqqında danışaraq, həyatlarını qurban edən Azərbaycanlı həmkarlarının ailələrinə baş sağlıqlı vermiş və yerindən, millətindən asılı olmayaraq dünyada bütün jurnalistlərə peşə fəaliyyətlərinin yerinə yetirilməsidnə şəraitin yaradılmasını tələb edib. Sonra Braziliyanın tanımış jurnalisti Mali Silva və otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan Belarus Respublikasının Braziliyadakı Fəxri konsulu Milton Atanazio baş vermiş faciə ilə bağlı fikirlərini bildirib, həmkarlarının müdafiəsinə qaldırılan səslərə qoşulub, jurnalistlərin öldürülməsini faciə kimi qiymətləndirərək, regionda sülhün bərqərar olunması və insanların sülh şəraitində yaşamasının təmin edilməsinə dair çağırışlar edib.

Proqram bazar günü, 13 iyun tarixində bir daha təkrarlanıb.

Xudaferin.eu


 

14:05