Bayram oldu...

İndicə bir jurnalist dostu təbrik etdim... Dedi ki , biz də yazırıq, amma deyəsən, vallah, siz bizdən də yaxşı yazırsız... Mən də əməllicə fors elədim... Demək," Mətbuat günü"ndə mənim də haqqım varmış...

Evimizə gələn ilk diplom jurnalistika fakültəsinin idi. Böyük qardaşım, yazıçı-publisist, rəhmətlik Yusif İsmayıl oranı bitirmişdi... Evimizin sonuncu diplomu da həmin fakültəyə məxsusdu— Kiçik qardaşım İlham İsmayıla...

Düzdür,mən filologiya fakültəsini bitirdim, amma jurnalist olmaq həvəsi məni tərk etmədi... Və... gorduyunuz kimi az-az uydururam yeri gələndə...

Bu gün nədənsə nə vaxtsa oxuduğum bir şeyləri də xatırladım...bura yazmasam olmaz...Hitlerin əmri ilə demokratik ruhlu kitabları meydanın ortasında qalaqlayıb yandırırdılar. B.Brext özünü qaranəfəs meydana yetirir, yandırılan kitablar arasında öz kitablarını görmür, hayqırır ki, mən demokratik düşüncəli deyiləmmi, mənim kitablarımı niyə yandırmırsınız?!...

Mənim bu qaranəfəs yazdığım yazı da lap Brextvari oldu...

Bir neçə gün öncə burada paylaşdığım yazıda da qeyd etmişdim... FB— mənim üçün bir universitetdir... Özü də bütün fakültələrdə oxuyuram... Jurnalist dostlarla bərabər "Jurnalistika fakültəsində"... Fimar xanım , Zərifə xanım, Şəmsiyyə, Xavər, Vəsilə, Qərənfil, Züleyxa, Nazlı Ağayeva, Əntiqə...Vaqif Tanrıdverdiyev, İlqar Həsənov, Şahvələd bəy, Vahid Qazi, Tahir Paşa... Aydın Canıyev, Akif Əhmədgil... onlarla sayğı duyduğum jurnalist dostlar, hətta şagirdim Ayşən Altay... mən də daxil olmaqla burda "Jurnalistikanın uşaqlarıyıq"... Hamınızın peşə bayramını təbrik edirəm, ən xoş arzularımı bildirirəm!!!...Zehniniz açıq, qələminiz iti olsun!...Çünki "Qələmin müqəddəs vəzifəsi xəlqə xidmət etməkdir!"...

"Ucundadır dilimin həqiqətin böyüyü..." Dilinizin ucundakı həqiqəti qələmin ucuna gətirin!

Sayğılar və sevgilərlə... Tərtərdən...

Xudaferin.eu

11:57