BİLİRDİNİZMİ-2

...ki, Milli İncəsənət Muzeyinin yanındakı (6 nömrəli məktəblə üzbəüz) kiçik bağ vaxtilə “Anqliyski sad” (İngilis bağı”) adlanıb?
Xatırlayırsınızsa, Vaqif Mustafayevin Heydər Əliyev haqqında silsilə sənədli filmlərindən birində ulu öndər cavanlıqda Zərifə xanımla “Anqliyski sad”da görüşdüklərini xatırladır...
Bu bağ niyə “Anqliyski sad” adlanıb?
1918-ci ilin noyabrında general Tomsonun başçlıq etdiyi ingilis qoşunları Bakıya daxil olur. Həmin ilin dekabrında o vaxt “Qukasovun evi” kimi tanınan indiki muzey binası Britaniya qoşunlarının qərargahına çevrilir.
İngilis əsgər və zabitlər siqaret çəkmək və istirahət üçün bir qayda olaraq bu bağda gəzişib, dincəliblər. 
Bax o vaxtdan parkda çoxlu ingilis görən bakılılar bu bağı “Anqliyski sad” adlandırmağa başlayıb...

01:01