01 May 2020

Əli bəy Əlibəyоv

Qarabağlı həkimlərdən biri də Əli bəy Əlibəyovdur. Soy-kökü Cavanşir elinin Dədəli oymağının Hacıəlibəyli tayfasına bağlıdır.

          Atası Qulu bəy Hacı Əli bəy oğlu 1834-cü ildə Cavanşir-Dizaq mahalının Dədəli obasında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Dövlət idarələrində məmur işləmişdi. Ziyalı, söz-savada önəm verən adam idi. Övladlarını və bölgə camaatını maariflənməyə, təhsil almağa çağırırdı. Vəkil kimi savadsız kəndlilərin haqqını müdafiə edirdi.

          Qulu bəy Hacıəlibəyov mülkədar idi.

Şuşalı foto. 1 may düşüncələri

1981-ci ilin yayı yaddaşımda Şuşaya aşiq olduğum yay kimi qalıb. O yayın az qala hər günü dünən kimi yadımdadır. Hövsələni basıb yazsan, inanın, bir kitab eləyər…

Atamın dostları Hafiz əmi, Vahid əmi ailələriylə birgə “Turbaza”ya yaxın beşmərtəbəli evin axırıncı mərtəbəsində üzbəüz mənzilləri kirayələmişdilər. Məni də aparmışdılar. Gah Hafiz əmigildə, gah da Vahid əmigildə qalırdım. Şəhərin yuxarı başı olduğundan hər yan ovuc içi kimi görünürdü.