14 May 2020

Azərbaycanda Sosialist Turan dövləti qurmaq istəyən general – Dosye

İnqilabçı Mirsəyid Sultanqaliyev 1892-ci il iyulun 13-də Başqırdıstan Respublikasının Elimbetova kəndində tatar müəllimin ailəsində doğulub. Kənd məktəbindən sonra Kazandakı Tatar Pedaqoji İnstitutundan da məzun olub. Qaliyev marksist fikirlərlə bu ali məktəbdə tanış olur, məzun olduqdan sonra bir müddət müəllim işləyir. Qaliyevin pedaqoji fəaliyyəti Bakıda yaşadığı dönəmlərə təsadüf edirdi.