18 May 2020

Hacı Həsən bəy Şəmşibəyov: Xeyrxah və xeyriyyəçi

Hacı Həsən bəy Qarabağda, Şuşada tanınmış şəmşibəyovlar soyuna mənsubdur. Bu soy Cavanşir elinin Yağləvənd oymağının Külədərli tayfasına bağlıdır. Babası İsmayıl bəy Şəmşi bəy oğlu 1762-ci ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Şuşa şəhərində yaşayırdı. Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və onun oğlu Mehdiqulu xanın yanında qulluq göstərmişdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı İsmayıl bəy Hüsnüqəmər xanımla ailə qurmuşdu. Atakişi bəy, Abdin bəy adlı oğulları vardı.