22 May 2020

Mir Аbdullа əfəndi Əfəndiyev: Məzhəbçi, mülkədar, məktəbdar

XIX əsrin ikinci yarısı Qarabağda dinclik dövrüdür.  Qarabağ nəhayət dərin tarixi sarsıntılar zolağından keçə bilmişdi. Ziyalılar artıq milli dəyərləri yaşada bilirdilər. Belə ziyalılardan biri də Mir Abdulla əfəndi Əfəndiyev idi.

Mir Аbdullа əfəndi Qarabağın Xirdapara-Dizaq mahalında ünlü olan əfəndiyevlər nəslinə bağlıydı. Mənşəcə seyid olub, soy-kökü Həzrət Əlinin böyük oğlu İmam Həsənə çatırdı.