09 October 2020

“ŞUŞANI YENİDƏN TİKMƏLİ OLACAĞIQ…” – “Nə Fransa, nə Amerika, nə də Rusiya gəlsin”

Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, əslən Şuşadan olan Fərhad Bədəlbəyli “Azadlıq” radiosuna müsahibə verib.

 

– Fərhad müəllim, Sizin bir arzunuz vardı, Şuşada məktəb açmaq. Bu arzunun reallaşmasına, deyəsən, az qalır? Beləmi hiss edirsiniz?

– İnşallah. Mənim də sponsorum var, mənə bir milyon dollar verəcəyinə söz verib. Bir milyonum var.

– Bu nə məktəbdir ki, Şuşada bir milyon dollara başa gələcək? Konservatoriyadır?

Prezident İlham Əliyev: Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar

Bu gün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərdə keşik çəkir. Onlar bizim yox, biz onların səngərlərində, biz onların postlarında, biz onların tanklarında. İndi o qənimət kimi götürülmüş hərbi texnikadan biz istifadə edirik. Onların tankları onlara qarşı indi döyüş meydanında vuruşur. Budur Azərbaycan Ordusunun üstünlüyü.

Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan kəndinin videogörüntüsü VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəşadətli ordumuzun sarsıdıcı zərbələri nəticəsində geri çəkilən düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin görüntülərini paylaşıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

İlham Əliyevin parlaq çıxışları, Paşinyanın isə çamura “batması”...

Politoloq: “Dörd dildə ölkəmizin mövqeyini dünyaya çatdıran Azərbaycan Prezidentindən fərqli olaraq Ermənistanın baş naziri qeyri-peşəkar siyasətçi olduğunu hər addımda hiss etdirir”

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda Ermənistanla apardığı müharibə davam edir. Sentyabrın 27-dən etibarən döyüş meydanında hərbi əməliyyatlarla birlikdə Azərbaycan bütün dünya boyu informasiya müharibəsi də aparmaqdadır. Torpaqlarımızı işğal edən Ermənistan yalan və böhtan dolu məlumatları yaymaqla məşğuldur.

Ermənilər Füzuli istiqamətində kəndləri atəşə tutdu, 6 mülki şəxs yaralandı - SON DƏQİQƏ

Cəbhənin Füzuli istiqamətində gərginlik davam edir. Kəndlərin və qəsəbələrin atəşə tutulması nəticəsibdə mülki şəxslər arasında yaralananlar var.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş əməkdaşları xəbər verir ki, sentyabrın 27-dən başlayan əks-əməliyyatlar davam edir.

Düşmən Horadiz şəhərini, Şükürbəyli, Alıxanlı kəndlərini, Zobucuq qəsəbələrini ağır artileriyadan atəşə tutub. Bundan başqa düşmən Füzulinin cəbhədən kilometrlərlə kənarda yerləşən Qarabağ kəndini, Üçbulaq məntəqəsini də atəşə tutub.