11 October 2020

İtalyan Senator Ermənistanın Gəncədəki Bəşəri Cinayəti Ilə Bağlı Bəyanat Yaydı

İtaliya Senatında İrəli İtaliya partiyası siyasi qrupunun sədr müavini, İtaliya Parlamentində İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozması və çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş Azərbaycanın müxtəlif yaşayış məntəqələrini raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatla çıxış edib.

Düşmən Ağcabədini ağır artilleriyadan atəşə tutdu: Dağıntılar var - RƏSMİ

Bu gün saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədi rayonunun Haramı düzü adlanan ərazisi və Yuxarı Qiyaməddinli kəndi ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmilərinin partlaması nəticəsində mülki infrastruktura ciddi ziyan dəyib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Ali Baş Komandan: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək"

"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır".

Xudaferin.eu  Musavat.com-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək.

xudaferin.eu
 

İlham Əliyev: "Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür"

Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür.

Xudaferin.eu Musavat.com-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında yazıb.

Dövlət başçısı qeyd edib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

Prezidentin köməkçisi: “Ermənistan bu əməllərinə davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun cavab tədbirləri görəcək”

“Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub”.

xudaferin.eu APA-ya istinadən məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.