12 October 2020

Nürnberqdəki azərbaycanlılar Gəncədəki terror aktına etiraz aksiyası keçirib

Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib.   Xudaferin.eu  Modern.az-a istinadən xəbər verir ki, aksiyada ölkənin müxtəlif bölgələrindən gələn soydaşlarımız və Türkiyənin diaspor təşkilatlarının təmsilçil

İqor Korotçenko: “Gəncəyə hücum Ermənistan Silahlı Qüvvələrinin planlaşdırılmış terror aktıdır”

“Doqquz dinc sakinin ölümünə səbəb olan Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumu hansısa təsadüfi hərbi səhv ola bilməzdi – bu, İrəvan tərəfindən planlaşdırılmış terror aktı və ya hərbi cinayətdir”.

Bu barədə “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu gün “Vestnik Kavkaza” nəşrinin müxbiri ilə söhbəti zamanı bildirib.

“Bu, sadəcə, öhdəliklərinin kobud şəkildə pozulması deyil (Ermənistan tərəfindən atəşkəs sazişinin imzalanmasından bir gün sonra), şərhdən asılı olaraq ya hərbi cinayət, ya da beynəlxalq terror aktıdır.

Rotterdamdakı soydaşlarımız Ordumuza mənəvi dəstək tədbiri keçiriblər

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.