15 October 2020

İlham Əliyev: “Ermənistan azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdır”

“Ermənistan hökumətinə və Ermənistan xalqına açıq şəkildə mesaj ünvanlamışam ki, azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq”.
Xudaferin.eu xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

 

 

Türkiyəni masadan uzaqlaşdırmaq istəyənlərin arzusu gözündə qalacaq

Ermənistan və havadarları Türkiyəni Qarabağla bağlı proseslərdən kənarlaşdırmaq üçün hərəkətə keçiblər; Azərbaycan Prezidentindən Türkiyə ilə bağlı iddialara nidalı cavab, məsələ bitmiş sayıla bilər; politoloq: “Türkiyəni masadan uzaqlaşdırmaq təşəbbüsləri, sadəcə, mümkün deyil”

Füzulidə son vəziyyət- əməkdaşlarımız cəbhədən yazır

Azərbaycan ordusunun sentyabr ayının 27-dən düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı davam edir.

"Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunan reportyorları xəbər verir ki, cəbhənin ən gərgin nöqtəsi olan Füzulidə döyüşlər davam edir.

Döyüşlərin başladığı ilk gündən etibarən qələbə xəbərlərinin gəldiyi Füzuli istiqamətində ordumuz ilk gündən olduğu kimi nəzarəti tam əldə saxlayır.

Hadrut Azərbaycan Ordusuna elə üstünlük verdi ki... - ekspert şərhi

Ermənilər Hadrutu niyə itirmək istəmirdilər?

Oktyabrın 9-da Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Hadrut qəsəbəsinin itirilməsi ilə barışmayan Ermənistan rəsmiləri bir neçə gün ərzində bu faktı inkar etməyə çalışdılar. Nəhayət, dünən Dağlıq Qarabağdakı qondarma qurumun rəhbəri Araik Arutunyan dünya ermənilərini köməyə çağıran müraciətində şimal və cənub cəbhəsində Azərbaycan Ordusunun müdafiə xəttini yararaq irəliyə doğru hərəkət etdiyini etiraf edib.

Ordumuzun Qırmızı Bazar qəsəbəsi vasitəsilə Şuşaya doğru irələməsinə imkanlar açılıb

Professor Qubad İbadoğlu ABŞ -dan Vətən müharibəsi haqqında yazdı

ABŞ -ın Rutgers universitetinin professoru Qubad İbadoğlu yeni bir məqalə ilə çıxış edib. Məqalə Azərbaycanın apardığı vətən müharibəsinə həsr olunub. Həmin məqaləni təqdim edirik:

"Xilaskar Azərbaycan Ordusunun qalibiyyət yürüşünün yeni bir mərhələsi başlayıb.

Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - PREZİDENT AÇIQLADI FOTO

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Xudaferin.eu Musavat.com-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.