17 October 2020

Almaniyanin xarici işdər naziri Heiko Maasa müraciyət

Mən Asaf Askarov 2001 ci-ildən Almaniyada yaşiyram.Alman vətəndaşiyam.Məni bu məktubu yazmağa vadar edən sizin Qarabaqla bağli aciqlamalariniz məcbur etdi.Siz Qarabaqda olan müharibədən behs edərkən dediyiniz fikirləri sizin nəzərinizə catiramki,birdə belə yersiz tərəf tutmayasiz,obyektiv olasiz.
Heiko Maas
Hər iki tərəfin vəzyəti xüsusilə hərbi baximdan təhlil edilməlidir.Hazirda üstünlük Azərbaycandadir və bu səbəbdən də bəzi məsələləri hərbi yolla həll edə biləcəiyinə inandiği ücün atəşkəsə razi olmağa daha az meyilldir.

“The Guardian” ermənilərin Gəncəyə raket hücumundan yazdı: “İnsanlar ailə üzvlərini binanın qalıqları altından çıxarmağa çalışırlar...”

“Azərbaycan tərəfi deyir ki, şənbə günü Gəncə şəhərində endirilən raket zərbəsi nəticəsində ən azı 12 nəfər ölüb, 40 nəfərdən çox adam isə yaralanıb. Azərbaycanın Baş prokurorluğu bildirib ki, 2 raket yaşayış binasına düşüb. Gəncə əhalisinin sayına görə Azərbaycanın ikinci ən böyük şəhəridir. Hələ ki, bu hadisə ilə bağlı Ermənistan tərəfi hər hansı rəsmi açıqlama verməyib”.

Prezident: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

“Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

Xudaferin.eu “Report”-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Prezidentin köməkçisi: “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb”

“Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.

Xudaferin.eu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Hikmət Hacıyev: “Paşinyan Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi taktikanı təkrarlayır” FOTO

“SKAD ballistik raket hücumu və Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncədə mülki şəxsləri necə gəldi, öldürməsi Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi eyni taktika və raket sistemidir”.

​Xudaferin.eu Musavat.com -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.

Rusiyalı hərbi ekspert: "Ermənistan çox təhlükəli oyun oynayır"

Rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistanın Gəncəyə son hücumunu pisləyib.

​Xudaferin.eu “Report”-a istinadən  Rusiya bürosunun verdiyi məlumata görə, hərbi ekspert Ermənistan ərazisindən Gəncənin raket hüçumuna məruz qalmasını şərh edərkən özünün “Telegram” kanalındakı hesabında bu sözləri yazıb:

"Ermənistan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan?".

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb FOTO RƏSMİ, YENİLƏNİB

“Ermənistanın Gəncəyə raket hücumları nəticəsində 35 mülki şəxs yaralanıb, 5 mülki şəxs həlak olub. Ölənlər arasında 2 uşaq var. Xilasetmə, təcili yardım işləri davam edir. Ermənistanın terroru və müharibə cinayətləri davam edir”.
 

Xudaferin.eu Musavat.com -a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.