19 October 2020

Hikmət Hacıyev: "Ermənistan humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb"

"18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib".

Xudaferin.eu xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib FOTO

Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-ın Nyu-York şəhərində icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən -a bildirilib ki, Xudaferin.eu -a Aksiya BMT Baş Qərargahının qarşısında yüzlərlə azərbaycanlının iştirakı ilə baş tutub.

Müdafiə Nazirliyi: Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi atəşə tutulur

Vətən müharibəsinin 23-cü günündə Tərtər cəbhəsində durum gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri 19 oktyabr, səhər saat 6-dan başlayaraq yenidən Tərtər istiqamətində atəşi davam etdirib.

Ötən günlərdə olduğu kimi düşmən dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə alır.
Hədəf kimi seçilən yerlər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçalarıdır.

Müdafiə Nazirliyi: Bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi atəşə tutulur

Ermənistan silahlı qüvvələri gecə ərzində Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub.

Müdafiə Nazirliyindən Xudaferin.eu Musavat.com-a istinadən  verilən məlumata görə, bu gün səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur.

Xudaferin.eu

Ali Baş Komandan açıqladı: Cəbrayılın 13 kəndi işğaldan azad edilib

"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"

Xudaferin.eu Musavat.com -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün tivtterindəki hesabında yazıb.

Xudaferin.eu

Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"

Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

Xudaferin.eu-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

Xudaferin.eu

MN: Düşmən döyüş mövqelərini ataraq geri çəkilib

Ötən gün və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

Bu barədə Xudaferin.eu Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.