20 October 2020

Xocavəndin işğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verildi

Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib.

Xudaferin.eu xəbər verir ki, dövlət başçısı xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib: "Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!", - deyə Prezident İlham Əliyev qeyd edib.

Xudaferin.eu

İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edildi

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Xudaferin.eu-unxəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

Dövlət başçısı aşağıdakı yaşayış məntəqələrinin azad olunduğunu bildirib:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Zəngilan şəhəri və rayonun 6 kəndi işğaldan AZAD EDİLDİ

Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub.

Xudaferin.eu-un xəbərinə görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

Daha sonra dövlət başçısı Zəngilan rayonu üzrə işğaldan azad edilən əraziləri sadalayıb: "Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"

Xudaferin.eu

Qarabağ AZƏRBAYCANDIR!

Kəlbəcər (1 şəhər, 145 kənd, 1 qəsəbə (İstisu) Laçın ( 1 şəhər, 125 kənd, 1 qəsəbə (Qayğı) Ağdam (1 şəhər 123 kənd, 1 qəsəbə (Quzanlı) Qubadlı (1 şəhər, 93 kənd) Cəbrayıl (1 şəhər, 92 kənd, 4 qəsəbə) Xocavənd ( 1 şəhər, 81 kənd, 2 qəsəbə) Zəngilan (1 şəhər, 79 kənd, 5 qəsəbə (Mincivan) Füzuli (Qarabulaq) (2şəhər, 82 kənd, 16 qəsəbə) Ağdərə (1 şəhər, 57 kənd, 3 qəsəbə) 1992-ci 13 oktyabrda Milli Məclisin qərarıyla rayon statusu ləğv olunub, bir hissəsi Tərtərə, bir hissəsi Ağdama, qərbisə Kəlbəcərə verilib.

Azərbaycanla İran arasında 4 il əvvəl imzalanmış saziş Prezident İlham Əliyevin müdrik dövlət başçısı və uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Beləliklə, parlaq qələbələrə imza atan rəşadətli Azərbaycan Ordusu bu dəyərli abidəni özümüzə, əsl sahibinə qaytardı və 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı.

Cəbhədə son vəziyyət

Oktyabrın 19-u gün ərzində və 20-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

MN: Bu gecə düşmən darmadağın edilib - ŞEİR KİMİ TƏFSİLAT

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

Xudaferin.eu  MN-ə istinadən xəbər verir ki, 5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.