22 October 2020

Cəbhədəki son vəziyyət

Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub YENİLƏNİB

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 07.00 radələrində düşmən tərəfindən Siyəzən rayonu istiqamətində 3, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Düşmən ordumuzun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ​Xudaferin.eu AZƏRTAC-a istinadən bildiriblər ki, oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur.

Cəbhədəki son vəziyyət

Oktyabrın 21-i gün ərzində və 22-sinə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Ermənistanın xəyallarını puç edən böyük güclər - hamı ondan üz döndərdi

Azərbaycanın Ermənistanın tərxribatına cavab olaraq, işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı Vətən müharibəsindən 25 gün ötür. Ən başlıca məsələ əlbəttə ki, müzəffər ordumuzun torpaqlarımızı durmadan işğaldan azad etməsi, artıq 3 rayon mərkəzinə bayraq sancmağımızdır.

İlham Əliyev son 200 ildə torpaq itirən Azərbaycan üçün yeni tarix yazır

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə iki əsrə yaxın məğlubiyyət sindromuna son qoyulur; Nəsiman Yaqublu: “Tarix yenidən yazılır, məğlub dövrün insanı ilə qalib dövrün insanı arasında fərq olur”

Azərbaycan tarixini vərəqləyəndə zəfər günləri, qələbə təqvimləri barmaqla sayıla bilər. 19-cu əsrin əvvəllərindən bu yana bəlkə də heç barmaqla göstəriləcək qalibiyyət tariximiz də yoxdur.

Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edildi

"Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Xudaferin.eu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

Ali Baş Komandan: "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi"

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Xudafer.eu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

d37718a7-01f7-4a54-a924-475ceb469abe.jpg (124 KB)