24 October 2020

Cəbhədə oktyabrın 24-nə olan vəziyyət

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-də gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun bölmələri düşmənin zərbə PUA-sını xüsusi texniki vasitələrlə yerə endirib.

Rusiya lideri Azərbaycan və Türkiyəyə dəyər verdi, erməniləri sarsıtdı - Moskvadan İrəvan üçün “soyuq duş”

Rusiya başçısı nankor və satqın dövlətə layiqli yerini göstərdi; deputat: “Putinin son açıqlaması bir daha  göstərdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı deyil”; politoloq: “Türkiyənin Minsk Qrupu rəhbərliyinə gətirilməsi ilə bağlı Bakının israrı nəticə verəcək...”

Saxtakar erməni marşalların saxtakar xələfi – Araikin Putinə saxta faktlarla dolu məktubu

Ermənilərə yaxından bələdliyi olan ölkələrin, eləcə də bizim leksikonumuzda “erməni saxtakarlığı” deyilən bir söz birləşməsi var. Bu, boş yerdən, qərəzdən uydurulan bir şey deyil.

Gerçəkdən də erməni saxtakarlığı qədim dövrləri, orta əsrləri və yeni dönəmi dərindən əhatə edir. İnsan fəaliyyətinə aid olan bütün sferalarda erməni millətindən olan şəxslər mütləq orada bir saxtakarlıq, təhrif, plagiat və s. edir.