Mövludun mübarək Şəhidim!
Bundan sonra sənin ad günlərin sənsiz keçsə də, həmişə səni sevənlərin xatirələrində, ürəklərində yaşayacaqsan. Azərbaycan var olduqca, sənin kimi igidlərin adı tarixin bəzəyi olacaq. Bu gün 21 yaşını qeyd edəcəkdi...
Əliyev Kərim Qeyrətxan oğlu 2000 ci il, Yanvarln 1 də Xızı rayonunun Fındığan kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra, təcrübəli snayper kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılır.