16 January 2021

Prezident İlham Əliyevin Şuşaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyması və Şuşa şəhərinə səfərinin Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

İsveç ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prosesinə köməyini və dəstəyini göstərəcək

İsveç ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prosesinə kömək və dəstək göstərəcək.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ann Linde İsveçin ATƏT-də sədrliyi proqramının təqdimatı zamanı bəyan edib.

A.Lindenin sözlərinə görə, münaqişələrin nizamlanması prosesinə kömək və dəstək İsveç üçün ATƏT-ə sədrlik postunda mühüm prioritet olacaq.