18 January 2021

Ruhun şad olsun dağlarımızın mərd oğlu

Milli Azadlıq Hərəkatımızın Öndərlərindən biri,Azərbaycanı canından artıq sevən,Qarabağın işğalını özünə dərd edən,qəlbi uşaq qəlbi kimi təmiz,paxıllıqdan,
riyakarlıqdan uzaq,səmimi və vəfalı Vətən oğlu İsgəndər (İsgəndər Həmidov) Bəyə,heyif Qarabağın Azadlıq günün görmək nəsib olmadı...

Ruhun şad olsun dağlarımızın mərd oğlu

Dərin hüzün və etiramla Elman Mustafazadə

P.S. 29 il öncə,səhərə kimi Qarabağın işğaldan xilas yolların dartışdıq...

Elman Mustafazadə

Xudaferin.eu

İstedad Tanrıdan ərməğandı...

Bu gün bədii qiraət sənətinin bənzərsiz nümayəndələrindən biri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının dosenti,respublikanın əməkdar artisti Ağalar Bayramovun doğum günüdür.
Yanıqlı və ürəyəyatımlı səsilə sözün şəklini çəkə-çəkə əzəmət və qüdrətini pərdə-pərdə açaraq neçə-neçə ədəbi dühanın nəfəsinə yeni nəfəs qatan,xalq tərəfindən sevilərək “Xalqın artisti” kimi ölməzlik qazanan görkəmli sənətkarı,əziz dostum və qardaşım Ağaları ürəkdən təbrik edirəm, səsini,nəfəsini Allah qorusun,deyirəm!

Nazir müavini 2021-ci ildə qarşıda duran sosial hədəfləri açıqlayıb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2021-ci ildə qarşıda duran sosial hədəfləri açıqlayıb.

​Xudaferin.eu APA-ya istinadən  məlumatına görə, ötən ilin sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında nazir müavini bildirib ki,

2021-ci ilin hədəfləri sırasına post-müharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi daxildir.

Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb

Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.

​Xudaferin.eu APA-ya istinadən  TASS-a istinadən verdiyi məlumata görə, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.