01 April 2021

Azərbaycanın xarici işlər naziri Moskvaya səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.
XİN-in Mətbuat xidməti idarəsindən Xudaferim.eu AZƏRTAC-a istinadən bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Xudaferin.eu

Volkan Bozkır Türkiyə, Azərbaycan və Qətərə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Türkiyə, Azərbaycan və Qətərə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu Agentliyi BMT-nin sözçüsü Brenden Varmaya istinadla məlumat yayıb. Bildirilir ki, aprelin birindən 12-dək nəzərdə tutulan səfər çərçivəsində BMT rəsmisi hər üç ölkənin rəhbərləri ilə görüşəcək.
Bundan başqa, Volkan Bozkır Türkiyəyə səfəri çərçivəsində Hatay bölgəsindəki suriyalı qaçqınların həyat tərzi ilə tanış olacaq.

Sabir Şahtaxtı
Xudaferin.eu

MART SOYQIRIMI

30 mart - 3 aprel arasında təkcə Bakıda 15 mindən çox soydaşımız qətlə yetirldi. 10 minlərlə əhali Bakıdan qaçqın düşdü. Bu insanların tək günahı Türk-müsəlman olmaları idi.
Qətliamın səbəbi Azərbaycanda başlamış Milli Azadlıq Hərəkatının qarşısını almaq, 2 aydan sonra qurulacaq Cümhuriyyətin - milli müstəqilliyin önünü kəsmək (eyni ilə 20 yanvar qırğını kimi) idi, Rusiyanın işğal siyasəti idi.
Soyqırım Bakı quberniyasından başqa Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan bölgələrində də eyni vəhşiliklə həyata keçirilmişdi.