06 April 2021

Azərbaycanın zəfəri bütün türk xalqlarının tarixinə düşmüş şanlı Qələbədir

Ölkə Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında II Qarabağ müharibəsinin başlanmasını qaçılmaz edən səbəblər, hərbi əməliyyatların gedişi, müharibənin nəticələri və bu nəticələr əsasında yaranmış yeni reallıqlar ətraflı şəkildə təhlil olunub. Eyni zamanda, dövlətimizin başçısı öz çıxışında regionun gələcək inkişaf perspektivləri və bu perspektivlərin reallaşdırılması baxımından qlobal əhəmiyyət kəsb edən layihələrdən bəhs edib.

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xudaferin.eu AZƏRTAC-a istinadən bildiriblər ki, ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Misir nəşri Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsindən yazıb

Misirin “Əl Masr Əl Yom” nəşri Ermənistanın minaladığı Azərbaycan ərazilərinin xəritəsini təqdim etməkdən imtina etdiyini yazıb.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar Ermənistanın bu əməlindən narahatlığını ifadə etdiyi vurğulanıb.