12 April 2021

İtaliya Senatının nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri Vito Petroçelli aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, italiyalı qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə güllər düzüb.

Misirin informasiya agentliyi Türk Şurasının informasiya və media üzrə rəsmilərinin Ağdama səfəri barədə xəbər yayıb

Misirin “Asiaelyom” informasiya agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmilərinin Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfəri barədə xəbər yayıb.

Xalid Taimur Akram: Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib

Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.