16 April 2021

Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizə böyük töhfə oldu

Ermənistan və onun havadarları illərlə bir neçə ölkədə yerləşən və dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran nüfuzlu media orqanlarına zəhər tuluğu kimi yayılmağa müvəffəq olaraq Azərbaycana və Türkiyəyə qarşı əsassız xəbərlər yayır, iki dövlət və bir millət haqqında qarayaxma kampaniyası aparırdılar. Bu məqsədyönlü fəaliyyət bəzən o qədər kəskin xarakter alırdı ki, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev də birbaşa hədəf obyektləri olurdular.

Müdafiə Nazirliyi: İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçimiz vəfat edib

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Xudaferin.eu