ATƏT-in Minsk qrupunda kreativlik qıtlığı və ya Madrid prinsiplərinə rekviyem
Bu günlərdə ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Prezident İlham Əliyevin “sual-cavab” formatında görüşü həm görüş iştirakçılarının, həm də Azərbaycanda və xaricdə bu görüşü birbaşa efirdə, sonra isə lent yazısında diqqətlə izləyən geniş auditoriyanın yadında uzun müddət qalacaq.