22 April 2024

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə

Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

İƏT Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi 2024-cü il aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Komissiyanın Azərbaycana məxsus və otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış 4 kəndin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin qaytarılmasını və delimitasiya üzrə işlərin davam etməsini alqışlayır.

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan və Ermənistan arasında dörd kənd ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmanı alqışlayır və iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.

Azərbaycanın Zəfər salnaməsi davam edir

Bu günlərdə xalqımız qələbə soraqlı yeni bir şad xəbər eşitdi. Uzun müddət idi Ermənistanın işğalında olan Qazax rayonunun 4 kəndi bir güllə atılmadan, şəhid vermədən azad edildi. Artıq Ermənistan Azərbaycan Ordusunun, onun Ali Baş Komandanı İlham Əliyevin gücünə, qüdrətinə, “Dəmir yumruğu”na bələddir. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Tovuz əməliyyatında, 2020-ci ildə cəmi 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ildə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində düşmənə elə bir dərs verildi ki, onlar bunu heç zaman unutmayacaqlar.