06 May 2024

"Türk Dünyasının Böyük Oğlu" kitabının təqdimatı oldu

Azərbaycan mətbuatında “Ənvər Yusifoğlu” və “Ənvər Börüsoy” imzası ilə 33 il araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmiş Ənvər Börüsoyun yazılarından ibarət kitabının təqdimat mərasimi olub. Tədbir Klassik Xalq Cəbhəsi Partiyasının qərgahında keçirilib. 

Bu barədə  Musavat.com-a Avopada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə məlumat verib.

Yallı fenomenal milli mədəniyyət nümunəsi - Səməd Vəkilov yazır

Yallı Azərbaycan milli rəqsi. 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısına daxil edilmişdir