Ermənilərdən Arif Rəhimzadəyə "Nobel sülh mükafatı" - Təklifi gəldi...

"Milli Məclisin Komitə sədri Arif Rəhimzadənin yaşının və vəzifəsinin ağsaqqal, yəni ötmüş vaxtında Azərbaycanlıların türk deyil, azərbaycanlı olması barədə söylədiklərinə Azərbaycanın daxilindən, elə Türkiyədən lazımi səviyyədə təpki gəldi... Erməni dəyirmanına su tökən deputat və Komitə sədrimizin bu barədə erməni dəyirmanını daim enerjiləndirən Rusiyanın mətbuatına belə açıqlama verməsi şok effekti yaratdı bir də ona görə ki, Arif Rəhimzadə Türkiyə və türklər, həmçinin türkdilli ölkələrlə münasibətlərimizin üstündən balta çaldı... Bu azmış kimi, ən azı ildə 10-15 dəfə Fəxri Xiyabandakı heykəli qarşısında ikiqat baş əyib ideyalarına ömrünün sonuna kimi sadiq qalacağına and içdiyi Ulu Öndər Heydər Əliyevin "Azərbaycan-Türkiyə, bir millət, iki dövlət!" ideyasına da arxa çevirdi... Buna nankorluq da demək olar. Amma düşünürəm ki, bu, Ermənistanın indiki durumunda Azərbaycanın birbaşa ziyanına işləyən bir təxribatdır ki, Rəhimzadənin əli ilə ortaya atıldı. Atıldı ki, bir tərəfdən Azərbaycana yeganə qardaş köməyi edən Türkiyəni küsdürsünlər, proseslərdən kənara çəkindirsinlər... İkincisi, bununla həm də Azərbaycanda diqqəti cəbhədəki gərginliyə yox, belə bir çürük milli məsələ müzakirəsinə cəlb etsinlər... 
 
Ermənilər sevinc içindədir, Rəhimzadəni dəstəkləyirlər...
 
Budur, ehtimallar özünü doğrultdu. Ermənistanın əksər KİV-ləri, xüsusən də "Qolos Armenii" saytı bu gün həmin mövzuya geniş yazı həsr edib... Uzundərə şərh və Arif Rəhimzadəyə dəstək, həm də gurultulu alqış, Azərbaycanın isə siyasi məhvinə hesablanmış "БАКУ МОЖЕТ СМЕНИТЬ ИДЕОЛОГИЮ: ТЮРКИЗМ НА АЗЕРБАЙДЖАНСТВО" başlıqlı məqalə bu sonluqla bitir: "...Причем этот процесс активно стимулируется набравшим силу курдским фактором. Что любопытно, исходя из признания фактора многоэтничности и многоконфессиональности страны, некоторые турецкие эксперты предлагают изменить название "Турецкая республика" на "Анатолийскую республику", а Азербайджанскую республику именовать "Республика Аран". Но как бы то ни было, ясно другое: Азербайджан и Турцию в разной степени интенсивности охватывают сложные этнокультурные процессы, тесно переплетающиеся со сменой геополитической декорации на Ближнем Востоке. Так что заявление азербайджанского депутата Рагимзаде о том, что "азербайджанцы — не турки", можно оценивать, как появление первой ласточки, с прилетом котором наступает политическая "весна"".
*** 
...Yəqinki ermənilər Əkrəm Əylisliyə "Daş yuxular"ına görə necə minnətdar olublarsa, Rəhimzadənin məlum "çürük" təklifinə və ideyasına görə də ona 10 qat təşəkkürlər edəcəklər... Artıq Arif Rəhimzadəyə "Nobel sülh mükafatı" verilməsi təklifləri də səslənir... Bu təklif Arif Rəhimzadəyə həsr edilmiş minnətdarlıq dolu dəstək yazılarına gələn şərhlərdə erməni ziyalılarının bu təkliflərinin açıq formasını görməkdəyik... 
 
Mənim üçün bir məslələ də qaranlıqdır: bu günə kimi milliyyətini və milli kimliyini başa düşüb bilməyən adam uzun illərdir necə deputatolub və Milli Məclisin Komitə sədri olaraq beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib???"
 
Asif Mərzili
 
P.S.Rəhimzadəni də çox xısma-boğmaya salmaq lazım deyil... "Biz türk deyilik..." deyəndə bəlkə o, biz-Azərbaycanı deyil, özünün ətrafındakı 5-3 qohumlarını və doğmalarını nəzərdə tutub?!

Moderator.az

15:07