Ermənistan ordusunun zərbə PUA-sı zərərsizləşdirilib

Oktyabrın 23-də gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ordumuzun bölmələri düşmənin zərbə PUA-sını xüsusi texniki vasitələrlə yerə endirib.

Xudaferin.eu

10:44