Ey müəllim!...

 

Hələ beş yüz il öncə Füzuli bir qitəsində belə müraciət etmişdi müəllimə... Və tövsiyələr verirdi:
Ey müəllim, aləti—təzvirdir əşrarə elm,
Qılma əhliməkrə təlimiməarif, zinhar.
Hər nə təzvir etsə əhli
cəhil, ona olmaz səbat.

Göründüyü kimi, bütün zamanlarda müəllim cəmiyyətin simasi olub və cəmiyyət, insanlıq ondan çox şey gözləyib. Onları dünyanı xilas edəcək insanlar hesab ediblər... "Elmindən fayda gələn müəllim min abiddən üstündür"...
Əvvəlki yazılarımızda müəllim, onun nüfuzu haqda çox yazmışıq... Burada yazmayım... Onsuz da oxumayacaqlar, deyəcəklər çeynənmiş kəlamlardır...
"Taleyin istehzası və ya həmişə təmizlikdə" filmini hamımız yaxşı xatırlayırıq. Filmin baş qəhrəmanları: ədəbiyyat müəllimi gənc qiz və cərrah oglan... Onların arasında belə bir dialoq var:
—Şagirdlərinizə nə öyrədirsiniz?
—Mən onlara düşünməyi öyrədirəm.
—Mən isə cərraham. Bizdə səhv etmək olmaz. Bir balaca səhv baha başa gələ bilər.
—Müəllim xətası ilk baxışda nəzərə carpmır, amma sonunda o da insana baha başa gəlir.

Bəli, bir balaca xəta insanın sağlamlığını da şüurunu da zədələyə bilir. Təbabətdə beyin və ürək köçürmələri çətin, hətta risklidir... Təhsildə də müəllim beynini və ürəyini şagirdlərinə köçürür, özü də hər gün!... Amma risk yox, ürək var... şəfqət var... vicdan var...
"Anti-Karnegi və ya insan-manipulyator" kitabında məşhur amerikalı psixoloq Everett Şostrom bizləri də düşündürən bəzi problemləri araşdirarkən yazırdı: "Biz problemlərə davranış nöqteyi—nəzərdən baxmağa öyrəşmişik... "kim özünü necə aparır", bu, həmişə diqqət mərkəzində olur... Hər halda məktəb döyüş meydanı deyil,həyat hərdən dostluq və əməkdaşlıqdır, onda düşmənlər dostlara çevrilir..."
"Hər işin ibtidası tərbiyədir"... Sabir yazırdı. Bəli, məktəb tərbiyəsi insan həyatında qızıl bir xətdir və bununda önündə məhz müəllim dəyanır. Yəni bizimki artiq bir vicdan hekayəsidir... Vicdan və insaf! Cəmiyyətin istər yazılmış, istər yazılmamış qanunlarının mütləq hakimi— Vicdan!...

 

Bütün insaflı və vicdanlı həmkarlarımın Müəllim gününü təbrik edirəm!

Xudaferin.eu

21:17