Eynən Azərbaycandakı kimi...

Lehistanın (Poland) hər bir şəhərində "Yaşam pəncərəsi" deyilən balaca bir otaq var. Hansı qadın dünyaya gətirdiyi balasından imtina etmək istəsə, körpəni bu otağa qoya bilər. Daha öldürmək, zibilqabına atmaq və s. kimi qeyri-insani metodlara əl atılmır...

Bura qoyulmuş körpə dərhal götürülür və dövlət yüksək səviyyədə həmin körpəyə sahib çıxır. Lehistanda xəstəxanada bir uşaq həyatını itirərsə, dərhal istintaq başlayar, ən yaxşı halda həkim tibb sahəsindən əbədi vidalaşmalı olar. Əgər həkimin səhlənkarlığı olubsa, uzun müddətli həpsxana həyatı yaşamalı olacaq. Qısacası, eynən Azərbaycandakı kimi...

Elman Mustafazadə
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri

Xudaferin.eu

 

 

 

 

13:17