GÖRKƏMLİ YAZIÇI , BÖYÜK ALİM : MİR CƏLAL PAŞAYEV --116 .

Mir Cəlal Paşayev 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanın Xalxal şəhərinin Əndəbil kəndində doğulmuşdur.
Kiçik yaşlarında atası ilə birlikdə Gəncəyə köçmüşdür . Uşaqlığı Gəncə şəhərində keçmişdir.
Görkəmli yazıçı - Mir Cəlal bütün qəlbi ilə xalqa bağlı olan böyük ədəbiyyatşünas alim olmuşdur .
Yazıçı əsərlərində xalqımızın həyatını dərin - incə - kövrək hisslərlə təsvir etmişdir . O , ilk baxışda adi görünən hadisələri dərindən təhlil edərək , ictimai hadisəyə çevirməyi bacarmışdır .
Xarakter cəhətdən sakit, təmkinli , sadə olan Mir Cəlal eyni zamanda müdrük insan olmuşdur
Bakı Dövlət Unversitetinin müəllim kimi Mir Cəlal Paşayev hər zaman tələbələri yaradıcılığa ruhlandırmdır .
Mir Cəlal müəllim yaşadığı illərdə sadəliyi, təvazökarlığı xeyirxahlığı ilə insanların rəğbətini və hörmətini qazanmışdı .
Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının mahiyyətini geniş oxucu kütləsinə çatdıran görkəmli yazıçı, tədqiqatçı və böyük alim olmuşdur .
Onun yazdığı əsərlər oxucuları daim düşündermüşdür
Mir Cəlal öz yaradıcılığı ilə Azərbaycan ədəbi mühütündə xüsusi yer tutan S. Vurğun , S.Rəhimov, M.İbrahimov, Əbülhəsən, kimi böyük yazıçılarla bir sırada dayanır .
Mir Cəlal yazdığı :
"Sağlam yollarda", "Boy", "Dirilən adam", "Bostan oğrusu", "Gözün aydın", "Polad necə bərkidi", "Bir gəncin manifesti", "Açıq kitab" kimi hekayə və romanları ilə Azərbaycan bədii ədəbiyyatını zənginləşdirmişdir .
Görkəmli yazıçı , böyük alim -- Mir Cəlal Paşayevin əsərləri bu gün də xalqımızı vətənimizi və dövlətimizi sevməyə səsləyir .

Qəvami Sadıqbəyli , Jurnalist - politoloq .
Xudaferin.eu

14:37