II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

Niderlandın "Medo" ləqəbli əfsanəvi qəhrəmanı - azərbaycanlı Məmməd Məmmədov haqqında ağızdolusu danışan Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə, Hollandiyanın Şimali Brabant bölgəsinin incisi hesab olunan Osterveyk şəhərindəki kilsə qəbiristanlığında torpağa verildiyini bildirdi. Onun şərəfinə bu şəhərdə abidə tikilmiş, şəhər küçələrindən birinə Məmməd Məmmədovun adı verilmişdir. Yaşadığı illərdə soydaşımız, Niderlandın fəxri vətəndaşı adına layiq görülmüş və 1996-cı ildə Oranskix-Nassau kral ailəsinin ən yüksək ordeninə layiq görülmüşdür.

Niderlandın "Medo" ləqəbli milli qəhrəmanı, Məmməd Məmmədov, Azərbaycanın Zaqatala rayonu Muğanlı kəndindən olan "Medo", 1941-ci ildə cəbhəyə çağırılıb. Don çayının hövzəsindəki döyüşlərdən birində Məmməd Məmmədov yaralanaraq əsir düşür.

Bir müddət sonra M. Məmmədov və bir neçə məhbusla birgə qaçmağa müvəffəq oldular. 1944-cü ilin avqust ayında Niderlandın yeraltı müqavimət hərəkatına qoşuldu və onun sıralarında döyüşün sonuna qədər faşizmə qarşı cəsarətlə mübarizə etdi.

Qəhrəmanlığına görə "Medo" Müqavimət Hərəkatının mükafatına layiq görülmüşdür. Müharibədən sonra Məmməd Niderlandda qalıb yaşadı. Burada ailə qurdu, Nənə Xanım adlı bir qızı doğuldu. Məmməd-Medo uzun müddət ayaqqabı fabrikində işləmiş, kənd təsərrüfatı ilə məşğul olmuş, polisdə xidmət etmiş və hətta yerli futbol klubuna rəhbərlik etmişdir.

2003-cü ildə vəfat edib və həyat yoldaşı ilə eyni qəbiristanlıqda dəfn edilib.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadənin verdiyi məlumata görə, Məmməd Məmmədovun adına bir küçə verilib. Bu daha dəqiq desək, onun sağölığında evinə gedib gəldiyi yoldur və ona görə də küçənin adı "MAMEDMAMEDOVPAD", yəni "Məmməd Məmmədovun yolu" adlanır. Gözəl düşünülüb. Bu yol, həm də qəhrəmanlıq yoludur. Avropanı faşizmin cəngindən xilas edən xilaskar babalarımızın yoludur...

xudaferin.eu

II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

 

FOTODA: Medonun qızı Nənə xanım və Elman Mustafazadə

II Dünya savaşının unudulmaz qəhrəmanı - "Medo" ləqəbli azərbaycanlı Məmməd

 

01:51