Kiçilən düşmən, böyüyən, bütövləşən məmləkət – İnteraktiv xəritə

Düz bir aydır, II Qarabağ müharibəsi başlayandan bir çox insanların gözü döyüş əməliyyatlarının getdiyi Qarabağ bölgəsinə aid xəritələrdə qalıb.

İnsanlar artıq Qarabağ rayonlarının sərhədlərini, kəndlərini, yollarını, dağ-dərələrinin, göllərinin, çaylarının adını əzbərdən bilir.

İşğaldan azad olunan kəndlərin sayı artdıqca xəritənin necə dəyişdiyi daha çox maraq doğurur.

Qoşunların təmas xəttini, döyüşlərin harada getdiyini, hansı yaşayış məntəqəsinin bombalandığını interaktiv şəkildə göstərən beynəlxalq savaş xəritəsi ilə yanaşı, hər uğurlu əməliyyatdan sonra işğaldan azad olunan rayon və kəndlərin dərhal hazırlanan yeni virtual xəritələri də yayılır.

Azad olunan şəhər və kəndlərə baxanda qondarma “DQR”-in necə kiçildiyini, ərazi bütövlüyümüzün necə bərpa olunduğunu aydın şəkildə görmək olur.

Aşağıda bu cür əyani materiallardan birini görə bilərsiniz.

sas.JPG (35 KB)

Xudaferin.eu

11:36