"Mənim vətənim haradır?"

"Mənim vətənim haradır?" (C.Məmmədquluzadə)
1.Şimali Azərbaycan.
2.Cənubi Azərbaycan.
3.Qərbi Azərbaycan.
4.?...

İşimizi dörd dördlük görmək istəyiriksə, dördüncü Azərbaycanın yeri niyə də boş qalsın?... Həm də cəhət, qütb baxımından da iş tamamlanmamış qalır... Dördüncü yerə Şərqi Azərbaycan adımı verək... O Azərbaycan haradır?... Orada kimlər var?...
Mən bu Azərbaycanların heç birisində yaşamıram. Mən Azərbaycanda yaşayıram... Bu mənzərəyə baxanda Xanlıqlar dövrü yadıma düşür... "Bunu dedi Şəki xanı, bunu dedi Bakı xanı..."
Düz yüz il öncə, yəni 1917-ci il 20 noyabrda, söz vaxtına çəkər, elə bu vədələr imiş, C.Məmmədquluzadə bir məqalə yazdı ("Molla Nəsrəddin"no-24). Məqalənin adı "Azərbaycan". Müəllif yazır: "Vətənim haradır?Haradır Azərbaycan?... Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən, qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökuməti ilə Osmalı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun".
Mən M.Cəlilin təsvir etdiyi Azərbaycanda yaşayıram! Bəs siz?!
"... gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək, haradır bizim vətənimiz?!"...

Xudaferin.eu

23:00