Müdafiə Nazirliyi Ağdam rayonunun Sırxavənd kəndinin videogörüntülərini paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Sırxavənd kəndinin videogörüntülərini yayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində, Xaçın çayının sol sahilində yerləşən Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Xudaferin.eu

12:48