Müdafiə Nazirliyi Füzuli rayonunun Görazıllı kəndinin videogörüntülərini yayıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Görazıllı kəndinin videogörüntülərini paylaşıb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Tarixi XVIII-XIX əsrlərə gedib çıxan Görazıllı kəndi 1993-cü il iyulun 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 9-da kəndi işğaldan azad edib.

Xudaferin.eu


 

11:13