Nədən Güney Azərbaycan aydını balıq bəlləklidir( hafizəlidir ) !?

"Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa, gedirəm Tərbizə qoy yaxşı yaman bəllənsin"

İllərini B.Q.Səhəndin diliylə desək;" özgə çırağına yağ olmaqla " keçirən şəhriyar, qaralmış üzünə Heydər babanı tutaraq ana vətənə döndü.

Məşrutədə Türk Qacara qurşun sıxan Şeyx Məhəmməd Xiyabanı: " Məşrutə Azərbaycanı xarabalığa çevirdi " deyib yanlışını; ""Öz əlimiz, öz başımızla" düzəltmək istədi öldürüldü.

İllərini kommunizm yolunda qoyan Seyid Cəfər Pişəvəri Tehranda kamutay (məclis) qapısından qaytarılarkən;" Biz Azərbaycana dönməli, Şeyxin Firqəsiylə yurdumuzu qurtarmalıyıq... sinfi deyil budunçu ( milli ) haqlarımızı ilk əldə etməliyik. .." dedi. Onun da sonu bəlli oldu. At belində Tehrana qaça- qaça gedən məşrutə sərdarının da Atabəy bağında başına gələn bəlli.

Bu örnəklər saysızcadır. Güney Azərbaycanlı haçan egemən fars qulluğunda durdusa, sorun olmaz. Ancaq haradasa Türkcə nəsə yazıb öz budunçu kimliyini önəmsədisə, adamın yaşam boyu əməllərini də yox sayıb, adamı olmazın aşağılarlar.

Güney Azərbaycanda farsca yazıb yaradanların bütünün durumu belədir. Ancaq yanlışlarını bildikcə də keçmişdə qoyduqları əməklərə görə yenə farsın üzünə tüpürcəyini mənimsərlər.

Bunu bir böyük nədəni var, o da öz budunsal kimliklərindən bilgisiz olmaqdır. Bu adamlar öz tarixlərini, dillərini gərəkdiyi kimi bilməz, yerinə egemən fars uyduruq tarixiylə diliylə bağlı bütün incəlikləri bilərlər. Buna görə də vurğunluq içində egemən farsa nökərçiliyi boyuna alarlar.

Bu yalnız yazın, əkin (kültür) alanında deyil, siyasal alanda da belədir. Çün siyasal yazın da egemən bir şoven ulusun tekelinde tutulur.

Solcusu faşist düşüncəli Teberi, S.Kesrai, sağcısı da Mekkarime Şirazı, Rəfsencani, Rəcəvi... kimlərdilər.

Bunlara gerçək aydın demək doğrumu? Kəsinliklə deyil, kiralıq kopiya uyduruq aydın demək doğru olar!

Xudaferin.eu

12:00