Prezident İlham Əliyev: Azərbaycan Ordusu Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad edib

Prezident İlham Əliyev bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini bəyan edib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən dövlətimizin başçısı işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırıb: Hadrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazıllı kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Süleymanlı kəndi, Sur kəndi.

Azərbaycan Prezidenti qeyd edib ki, bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir.

xudaferin.eu

19:09