QHT sədri: Şuşamız və Şuşalılarımız üçün düşərli olacaq

Bildiyimiz kimi, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun 28 dekabr 2020 -ci il tarixli əmri ilə Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəməv Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib. Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin (DAVİB) prezidenti, 1-ci və 2-ci Qarabağ Müharibəsinin iştirakçısı  Nəsimi Qarabağlı Novruz oğlu Həsənov  təyinatla bağlı öz sosial şəbəkə hesabında ürək sözləri bölüşüb
 
"Fürsətdən istifadə edərək, bu təyinatla baglı gənc və savadlı, cəsur və peşəkar polis zabiti olan, Şuşalımız, 2-ci Qarabağ Vətən Müharibəsinin iştirakçısı Səməd QARDAŞIMIZI ürəkdən təbrik edir, ona bu çətin və şərəfli işində uğur və nailiyyətlər arzu edirəm! Əminəm ki, indiki bir vaxtda Şuşamızda ictimai əsayişin qorunması və Şuşalıların rahat yaşam təhlükəsizliyi məhz Sizin kimi, elini obasını sevən, mərd və VƏTƏNPƏRVƏR AZƏRBAYCANLI gənclərinin, Şuşalıların sayəsində daha güclü olacaq! İNŞALLAH əminəm ki, ölkə başçısının Şuşamızın yenidən qurulmasında və inkişafı yolunda aparacağı islahatlar, Şuşalı kadr potensiallarından istifadə edərək yeni təyinatları Şuşamız və Şuşalılarımız üçün daha da, düşərli olacaq."

Xudaferin.eu

00:21