Sabah Kəlbəcərin azad olunacağı gündür

Ermənilərdən ərazidən çıxarkən evləri yandırırlar; hərbi ekspert: “Rusiya və Türkiyə öhdəlik götürüb ki...”

Sabah - noyabrın 15-də ermənilərin Kəlbəcər rayonunu boşaltması üçün verilən vaxt başa çatır. BBC Azərbaycanın Kəlbəcər rayonundan qanunsuz məskunlaşan ermənilərin köçdüyünü göstərən reportaj hazırlayıb. Reportajda da görünür ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər, hətta pəncərə çərçivələrini, unitazları belə götürürlər.

İşğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir. Ermənilər apara bilmədiyi hər şeyi isə yandırır, məhv edirlər. Ermənilər çıxarkən evləri, mağazaları yandırırlar.

BBC-nin videoreportajı razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir.

Razılaşmanın icra olunmaqda olduğu buradan görünür. Azərbaycanın ərazicə ən böyük rayonu Kəlbəcər  müharibəsiz, qansız, şəhidsiz geri qaytarılır. Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Kəlbəcərdən ermənilərin çıxması bu uğurun nəticəsidir. 

Qida və ərzaq logistikası necə tənzimlənməlidir? - Ruslan İmamquliyev ilə  MÜSAHİBƏ — Azfood

Ruslan İmamquliyev

Hərbi ekspert Ruslan İmamquliyev “Yeni Müsavat”a bildirdi ki, ermənilərin rayonlardan çıxması üçün müəyyən olunan qrafikin icra olunmasına, o cümlədən ermənilərin Kəlbəcəri 15 noyabra qədər boşaltmasına cavabdeh tərəflər var: “Cavabdeh tərəflər olaraq da burada Rusiya sülhməramlıları, həmçinin Türkiyə də maraqlı tərəfdir ki, bu qrafikə uyğun olaraq işlər icra olunsun. Bundan başqa da BMT-nin azad olunmuş yerlərə məcburi köçkünlərin geri qaytarılması üçün cavabdehliyi var. Odur ki, mən Kəlbəcərdən və digər rayonlardan ermənilərin çıxarılmasının gecikdiriləcəyini düşünmürəm. Kəlbəcərdən və digər rayonlardan ermənilərin çıxmasının təmin edilməsi prosesi öhdəliyi üzərinə götürən üçüncü tərəflərin vəzifəsidir. Onların vəzifəsidir ki, əgər ermənilər qrafikə əməl etməsələr güc tətbiq olunmaqla da olsa erməniləri oradan çıxarsınlar. Çünki öhdəlik götürüblər.

Ermənilərin unitaz sevgisi: Bu cür şərəfsizlik yoxdur! - Foto

Rusiya tərəfi bunun üçün öhdəlik götürüb. Türkiyə tərəfi də bu işdə öhdəlik götürüb. Ona görə də ermənilər Kəlbəcəri noyabrın 15-dək mütləq boşaltmalıdırlar. Ona dair gərəkli tapşırıqlar hər iki ölkə tərəfindən verilib. Artıq riskin qiymətləndirilməsi gedir, yəqin ki, Azərbaycan rəhbərliyi bu riskləri nəzərə alıb. Yəni ermənilər qrafikə əməl etmədiyi halda bizim tədbirlərimiz var. Amma istənilən odur ki, ermənilər qəbul olunmuş qrafikə uysunlar və vaxtında oranı boşaltsınlar. Boşaltmayacaqları halda, buna dair Azərbaycan rəhbərliyinin alterantiv planları var”.

Ermənilər Kəlbəcərdən belə qaçır -

Ekspert qeyd etdi ki, ermənilərin Kəlbəcərdən köçərkən evləri yandırması isə onların Kəlbəcərdən əllərini birdəfəlik üzmələrinin göstəricisidir: “Zatən Kəlbəcər heç vaxt onların yaşadığı torpaq olmayıb. Ermənistan oranı 27 il öncə işğal etdikdən sonra orada ermənilər qanunsuz məskunlaşmışdılar. Ermənilərin özləri üçün uydurduqları mifləri Azərbaycan ordusu darmadağın etdi. O miflər həm də ermənilərin evləri yandırması ilə bir daha yanıb kül oldu. İndi qanunsuz məskunlaşdıqları yerləri tərk edirlər və həmin yerlər öz tarixi, hüquqi sahiblərinə qaytarılacaq. Evlərin yandırılması və dağıdılması kimi hərəkətlərin qarşısının alınması isə sülhməramlıların işidir. Yaxşı olar ki, evlərin yandırılmasına yol verilməsin. Azərbaycan döyüşlərlə haqqını aldı. Bu bizim haqq mübarizəmiz idi. Azərbaycan əsgəri Şuşanı bıçaq, əlbəyaxa döyüşlərlə azad etdi. Bu da ermənilərə bir dərs oldu ki, Azərbaycan xalqı ilə heç vaxt zarafat etmək olmaz”.

Xudaferin.eu

10:47