Siz qəlbimizdə yaşayırsınız, unudulmaz Samit Məmmədli!

İki il bundan əvvəl Amsterdamda, Azərbaycan diasporunun ünlü simalarindan biri, alovlu Vətənsevər, İnsansevər, bütün soydaşlarimızın xeyrində-şərində yaxından iştirak edən, qəlbi uşaq qəlbi kimi təmiz, gözəl ailə başçısı olan Samit Məmmədli qəflətən vəfat etmişdir. Bir xatirəsini danışım, bəzən o toylarda tamada kimi iştirak edərdi, amma o bunu qətiyyən pul naminə etməzdi, çünki ən çox pulu da elə özü yazdırardı. O bunu öz soydalşarının sevincinə şərik olmaq üçün edərdi. Azərbaycandan gələn əksər qonaqlar həmişə onun evinə yığışardılar. Əslən Masallıdan olan bu gözəl insan öz övladlarına örənk olan şanlı bir ad qoyub getdi. Samit "Ya Qarabağ, ya ölüm" adlı vatsap qrupuna yenicə qoşulmuşdu. Hər zaman Vətənimizin və soydaşlarımızın işinə yaramağa çalışan bir yoldaş idi. Artıq aramızda iki ildir olmamasına baxçayaraq onun xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır. 

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti və "Xudafərin" jurnalının kollektivi Samit Məmmədlinin vəfatının ildönümü ilə bağlı kədərini ifadə edir və xatirəsini ehtiramla anır.

Elman Mustafazadə,

xudfaerin.eu

 

14:53