Türk Dünyasının tarixinə, mədəniyyətinə, incəsənətinə agır itki.

Milli Azadlıq Hərəkatının öncüllərinden biri, Bütün Türk Dünyasının tanınmış jurnalisti, tarixçisi, publisisti, kulturoloq, sənətşünas alimi Ənvər Börüsoy vəfat etmişdir.Onun adı hər zaman könlümüzdədir. İnanıram ki, Ənvər Börüsoy'un adını daşıyan küçə və xiyabanlara, milli məktəblərə rast gələcəyik...

Sənin yoxluğuna inana bilmirəm Envər...

P.S. İndiki Vətənimizə və millətimizə heç bir faydası olmayan akademiyanın akademiklərinin yarısının tərəzinin bir gözünə yığsan,Enver Börüsoy onlardan qat-qat ağır gələr.Həm elimdə,həm Vətənə,millətə təmənasız xidmətdə.Türk Dünyasının ensiklopediyasını itirdik

Nəqədər Azərbaycan var, Ənvər Börüsoy adıda var. Nur içində yat eziz,sadiq dostum, qardaşım.

40 illik sadiq dostum ve əqidədaşımla ölkələr, şəhərlər gəzmişik və kiçik xatirə şəkillərini sizlərə təqdim edirem...

Əqidədaşın,dostun,qardaşın Elman Mustafazadə
Xudaferin.eu


20:13