Üç abzaslıq yay nağılı

Demişdim,- hələlik !! Yenə gəldux... göruşdux,- Şəhriyar demiş!... Sözlə ifadə edəcəyəm...
  Birinci abzas — Müəllimlərin İstirahət Mərkəzində idik... Hər yan müəllim... Qubadlıdan olan bir müəllimə ilə söhbət edirdik... Başqa bir müəllimə də gəldi... Hardan olduğunu yazmayacağam... Qubadlıdan olan müəllimənin hardan gəldiyini soruşdu... O da əslən Qubadlıdan olduğunu, Beyləqanda məskunlaşdığını dedi... Həmsəöhbətimiz nə desə yaxşıdır... Qubadlının özündə dərs deyirsən, yoxsa kəndində??!!... Qadın mənə baxdı... Cavabı mən verdim — Yooxx , Qubadlının özündə dərs deyir!!... Bu zehniyyətlə biz heç Qubadlının kövərlərində də dərs deyə bilməyəcəyik!!... Biz kimdən nə umuruq!!!...
  İkinci abzas — Hər il bu Mərkəzdən Quba turu olur... Əsas marşrut — Memorial... Sonra Qəçrəş... Mən getmədim, çünki iki dəfə olmuşuq orda... Yenə vardı bu tur... Həmin Qubadlıdan olan müəllimə nəvəsi ilə getdi... Qayıdanda soruşdum ki , Memorialda oldunuzmu... Dedi ki, avtobusda qadınlar sürücü ilə dalaşdılar ki, bizi niyə qəbiristanlığa gətirmisən... Düşmürük!! Dedim, orda məzarlıqdan başqa çox zəngin muzey də var... Yaşıllıq, çay kənarı... Dedi, yox, düşmədilər!!...Vallah bizi üst-üstə qalaqlayıb yandıralar... yenə azdır... Hörmətli, Vahid Qazi, siz də isveçlilərə bu qırğından yazıb məlumatlandırmaq istəyirsiz... Yazma, qardaş, kərəm eylə!!!...
Vəəə...
  Üçüncü abzas — Göydən 4 alma düşdü ... Xaçmazdan olan FB dəki rəfiqəm Nəzakət Əhmədova demişdi ki, gəlib səni tapacağam... Və gəldi!!... Zəng etdi ki, girişdə dayanmışıq!! Getdim ki, nəəə... Əntiqə Qonaq başda olmaqla digər əntiqə qonaqlar... Əntiqə xanıma mahmur gözlüm deyirəm həmişə... Sonra Züleyxa Nadir— bu qadın bir işıqdır... işıq saçır, gözlərim qamaşır ona baxanda...Vəə Lalə xanım Mustafayeva ( Şəhid jurnalistimiz Alı Mustafayevin həyat yoldaşı) Bax... onu görəndə dəli bir ağlamaq keçdi könlümdən!! Deməyin ki, həyat davam edir!! Onun üzündə kədərin, qəmin kölgəsi vardı... Baxışlar hüznlü!!... Nə isə... və bu görüşün təşkilatçısı Nəzakət xanım... Bir insan adının mənasını bu qədər daşıya bilər... nəzakət adamı!! Var olun, qızlar!!!!... Sizi özlədim!!...

PS; Orda həsəd aparılası bir dialoqa da qulaq müsafiri oldum — Qarşıda gedən kişi qadınına hasarın üstündən sallanan böyürkən salxımını göstərib dedi ki, sənə böyürtkən yığımmı... Qadın da cavabında,- yoox, əlinə tikan batar... Geri baxdım, kişi böyürtkəni yığırdı... Nə yaxşı ki hələ böyürtkənyığanlar var, yoxsa həyat dözülməz olardı...
PS; Gərək, böyürtkən satanlara deyəm ki, baha satın!! Tikanlı iş imiş!!!... Dəyərli dostlarım, bilirəm,yazı texniki baxımdan yöndəmsiz oldu, amma əfv edin !!

Bəsti İsmayıl
Xudaferin.eu

23:47