Unutmaq istəmirəm...

Unutmaq istəmirəm...

Açılan səhəri görüb

Şehli çiçəyi görüb,

Çaydakı seli görüb,

Qürbətdən əli görüb,

Unutmaq istəmirəm. 
Qocalmaq istəmirəm.

 

Budaqdakı sərçəni,

Lalədəki ləçəyi,

Tanrı verən neməti,

Dostumdakı ülfəti,

Unutmaq istəmirəm.

Qocalmaq istəmirəm.

 

Anamın gözlərini,

Qayğıkeş əllərini,

Hikmətli sözlərini,

Unutmaq istəmirəm,

Qocalmaq istəmirəm.

 

Onunla ilk görüşü,

Dodağında gülüşü,

Ürkək-gizli öpüşü,

Unutmaq istəmirəm,

Qocalmaq istəmirəm.

 

Səmadakı günəşi,

Qəlbimdəki atəşi,

Vətənimə dönüşü

Unutmaq istəmirəm,

Qocalmaq istəmirəm.

16:45