Xocalı soyqırımının tanınması ilə bağlı Ukraynaya müraciət edilib

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri Hikmət Cavadov və Ukrayna Ali Radasının deputatı, Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun sədr müavini Lyudmila Marçenko Ukrayna Ali Məclisinin sədri Dmitri Razumkov və xarici işlər naziri Dmitri Kulebaya Xocalı soyqırımının tanınması barədə müraciət ünvanlayıblar. 

Diasporla İş üzrə Dövlət Komitəsindən ​Xudaferin.eu APA-ya istinadən verilən məlumata görə, müraciətdə faciənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş veriyi, erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücum etdikləri və hücum nəticəsində 613 dinc sakin, o cümlədən, 63 uşaq, 106 qadının qətlə yetirildiyi, 487 nəfərin şikəst edildiyi, 150 nəfərin itkin düşdüyü bildirilir:

“Əsasən yaşlı insanlar, uşaq və qadınlardan ibarət 1275 nəfər əsir götürüldü, onlara qarşı dəhşətli zorakılıq edildi və işgəncə verildi. 7 mindən çox əhalisi olan şəhər isə darmadağın edildi”.

Xudaferin.eu

10:34