Yırtıcı şovinizm məzmunlu "Türkmənçay Müqaviləsi" haqqında

Mehriban Vəzir

1828-ci ildə Rusiya və İran (Qacar) arasında "Türkmənçay Müqaviləsi" bağlandı. "Türkmənçay Müqaviləsi" dünyanın ən qəddar, ən amansız müqaviləsi sayılır. Müqavilənin mətnini içində yırtıcı şovinizm gəzdirən, könlündən peyğəmbərlik keçən rus yazıçısı, "Ağıldan Bəla" əsərinin müəllifi Qriboyedov yazmışdı, şərtlərini də o diktə etmişdi. 

Bu müqavilə şah, xan, bəy, əşraf, əsnaf, tacir, baqqal  hərəmlərinin belə boyun-boğazındakı, əl-ətəklərindəki qiymətli zinətləri söküb işğalçıya verməyə məcbur etdi. 
Əlbəttə, amansızlıq cavabını aldı: "Ağıldan bəla" müəllifi ağlının bəlasına düşdü və onu təxribatlarına, acgözlüyünə, saymazlığına və ədəbsizliyinə görə atın quyruğuna bağlayıb Tehran küçələrində sürüdülər.
Çünkü Qriboyedov -  rus çarının İrandakı bu səlahiyyətli naziri təkcə diplomatik hədləri deyil, insanlıq hədlərini də bilmirdi...
Bu gün də İranda "Vay, Vay, Türkmənçay" deyilən bir məsəl var. Bu məsəl "gücündən istifadə edib qarşı tərəfi insafsızca əzən"   hallar üçün  deyilir: 
- Vay... Vay... Türkmənçay...
"Türkmənçay Müqaviləsi"ndən sonra rus çarı İrəvanı və Naxçıvanı erməni vilayalətləri elan etdi. Hətta şərqi erməni əyalətləri... və heç bir tarixi əsas, dəlil olmadan... sadəcə, zorakılıqla, qoşun gücünə...
O gündən bu günə olan Rusiyanın bütün tarixi sənədlərdə çar I Nikolayın əmri ilə İrəvanın və Naxçıvanın adı eyni keçir... erməni vilayəti... 
Siz soruşmayın İravanı necə Ermənistan etdilər... 
Bunu, zatən, rus 1828-də  "Türkmənçay Müqaviləsi ilə etmişdi.
Siz soruşun: şairi, yazarı, dövlət adamı, sıravisi, siyasəti ilə güclü, yırtıcı,  qətliamçı, Türk-müsəlman düşməni olan Rusiya qarşısında Cümhuriyyətçilər Naxçıvanı hansı qüdrətlə saxlaya bildi? 
Bir az da dəyər verənlərdən olun... 

22:25