31 MART – TARİXİN QANLI YADDAŞI VƏ MİLLİ HÜZN GÜNÜ...

Tarix xalqların yaddaşıdır. Bu yaddaşda həm qürurverici səhifələr, həm də faciələrlə dolu acı xatirələr yaşayır. Azərbaycan xalqının tarixində belə ağır və unudulmaz səhifələrdən biri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
Bu tarix, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, insanlığa sığmayan vəhşiliklərin xatirəsini yaşadır. 1918-ci ilin 30 martından 3 aprelinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində baş verən hadisələr, əslində, əvvəlcədən planlaşdırılmış bir etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Bakı Soveti və daşnak silahlı dəstələrinin iştirakı ilə həyata keçirilən bu qanlı aksiyalar nəticəsində minlərlə günahsız insan – qadın, uşaq, qoca demədən amansızlıqla qətlə yetirildi. Təkcə Bakıda 15–20 min insanın öldürüldüyü ehtimal olunur. Şamaxıda 7 min, Qubada isə 6 min nəfərin həyatına son qoyulmuşdur. Digər bölgələrdə – Salyan, Lənkəran, Kürdəmir və ətraf ərazilərdə də oxşar vəhşiliklər törədilsə də, itkilərin dəqiq sayı bu günə qədər tam müəyyənləşdirilməyib.
Bu hadisələrin dəhşəti təkcə qətliamların miqyası ilə ölçülmür. Ermənilərin silahlı dəstələri dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirərək insanları diri-diri yandırmış, kütləvi şəkildə süngüdən keçirmiş, yaşayış məntəqələrini yerlə-yeksan etmişlər.
Məscidlər, məktəblər, xəstəxanalar və digər mədəniyyət abidələri dağıdılmış, xalqın maddi və mənəvi irsinə ağır zərbə vurulmuşdur. Bu qırğınların qurbanları arasında yalnız azərbaycanlılar deyil, həm də ləzgi, yəhudi, avar və talış millətlərinə mənsub insanlar da olmuşdur ki, bu da hadisələrin yalnız etnik deyil, həm də ümumbəşəri faciə olduğunu göstərir.
Bu qanlı hadisələrə uzun illər lazımi siyasi və hüquqi qiymət verilməmişdir. Yalnız müstəqillik dövründə bu tarixi ədalətsizliyə obyektiv yanaşma mümkün olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu sənəd yalnız bir xatirə günü təsis etməklə kifayətlənmədi, eyni zamanda, hadisələrin dərin tarixi köklərinə də işıq saldı. Fərmanda xüsusi olaraq qeyd olunur ki, XIX əsrdə imzalanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri Azərbaycan torpaqlarının bölünməsinə və regionda yeni geosiyasi reallıqların formalaşmasına səbəb oldu. Bu müqavilələrdən sonra ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi prosesi başlandı və nəticədə bölgədə demoqrafik balans süni şəkildə dəyişdirildi. Bu siyasət sonrakı dövrlərdə azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və deportasiya aktlarının əsasını təşkil etdi.
1918-ci il mart soyqırımı da məhz bu uzunmüddətli və məqsədyönlü siyasətin bir mərhələsi idi. “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi naminə tarix saxtalaşdırılır, regionun etnik tərkibi dəyişdirilir və yerli əhali sistemli şəkildə sıxışdırılırdı. Beləliklə, soyqırımı yalnız bir dövrün hadisəsi deyil, geniş strateji planın tərkib hissəsi kimi çıxış edirdi.
Bu gün 31 Mart yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək üçün ciddi dərsdir. Tarixi yaddaşın qorunması, bu cür faciələrin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması milli kimliyin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan xalqı bu faciəni unutmur və unutturmayacaq. Çünki unutmaq – təkrarın başlanğıcıdır.
31 Mart – yalnız hüzn günü deyil ; həm də milli birliyin, tarixə sahib çıxmağın və ədalət uğrunda mübarizənin simvoludur.

Müəllif : Qəvami Sadıqbəyli.
Xudaferin.eu
12:17