Mən Ramizlə Avropada tanış olmuşam. Əslinə qalsa qonşu kəndlərdə dünyaya göz açmışıq. O, Ağdamın Alıbəyli kəndində, mən isə indi Ağcabədiyə baxan Hindarx kəndində.
Ramizi Macarıstana bir macar qızına olan sevgisi aparıb. Bu sevgi özü bir filmin ssenarisidir...
Artıq 40 ildir ki, Ramiz Macarıstanda yaşayır. İki istedalı oğlu atasıdır.
Haqqında söhbət açdığım Ramiz Əmirlinin diasporumuzda da böyük xidmətləri olmuşdur. Macarıstan deyəndə yalnız o düşür yada.
Onun sədasını öncədən Avropada yaşayan azərbaycanlılarımızdan eşitmişdim. Qayğıkeşliyi, vətənpərvərliyi, etibarı ilə insanların hörmətini qazana bilmiş birisidir Ramiz!
Şəxsi tanışlığımızdan sonra isə bizim dostluğumuz başladı. Avropada yaşayan Azərbaycanlıların bir çoxunun arzusu yaşadığı ölkənin vətəndaşlığını gəbul etməkdirsə, Ramizin dəfələrlə şansı olsa belə o, macar vətəndaşlığını gəbul etməyib. Səbəbini soruşanda isə cavabı qısa olub: "Mən Bir azərbaycanlı, bir qarabağlı balası kimi dönüb macar ola bilməzdim"- deyir Ramiz bəy.
Əslində bu mənəviyyat məsələsidir, hara bağlılıq, millilik məsələsidir. Yoldaşım macar xanımı, uşaqlarlm isə Macarıstan doğulu olsalar da, özlərini macar və həmçinin azərbaycan türkü sanırlar.
Ramiz öz xaraekteri və bacarığı əsasında yaxşı dostlar qazanmağı bacarıb. Birlikdə onlar Azərbaycan üçün çox işlər görüblər. Qarabağla bağlı kitabların macar dilinə tərcümə edilməsində, işğal altında qalan torpaqlarımız, bütövlükdə Azərbaycan haqqında həqiqətlərin macar içtimayətinə mətbuat yolu ilə çatdırılmasında xidmətləri az olmayıb.
Bakıda Ulu Öndərimiz Heydər Əliyevdən ilk xarici media kimi müsahibə alan da Macarıstanın populyar „Panorama” verlişinin əməkdaşları olmuşlar, məhz Ramiz Əmirlinin sayəsində. Onlar dəfələrlə Qarabağdan, cəbhə bölgəsindən canlı çəkilişlər aparıb yayımlamışlar.
Ramiz Əmirli 2011-ci ildə "Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyəti"ni yaradıb. Azərbaycanlıların Budapeştdə keçirilən bütün tədbirləri məhz bu Cəmiyyətin təşkilatçılığı ilə baş tutub.
Ramizlə tez-tez görüşə bilməsək də, onun fəaliyyətini bilən biri kimi, mən onu həmişə adsız qəhrəman adlandırmışam.
Ədalət naminə qeyd edim ki, Macarıstanda ömürlük həbs cəzası almış zabitimiz Ramil Səfərovun da Azərbaycana ekstradisiya edilməsində Ramiz Əmirlinin böyük rolu və xidmətləri olmuşdur.
Həmin illər Ramiz Macarıstanda mən isə Niderlanda yaşayırdım. Çox zaman söbətimizin əsas mövzusu Macarıstanda ömürlük həbs cəsası çəkən zabitimiz Ramil Səfərov barədə olurdu.
Ramiz bir gün mənə dedi ki, Elman, mən Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi üçün bütün imkanlarımdan istifadə edəcəm. İnan ki, gecələr də o haqda fikirləşirəm. Bilirsən, axı Ramil azərbaycan zabitidir, dövlətimizi, millətimizi təmsil edir. O, adi, siravi bir azərbaycanlı deyil ki? Mən bu işin öhdəsindən gələ biləcəyimə inanıram. Bunu bacara bilsəydim onda Azərbaycan dövləti, milləti və prezidenti üçün böyük iş görmüş olardım. Onda özümü dünyanın ən xoşbəxt bir insanı sanardım! Açığını desəm aramızda olan bu söhbətlərə əvvəlcə adı söhbət kimi yanaşırdım. Deyirdim yəqin ki, bu fikirlər bir azərbaycanlı kimi Ramizin ürəyindən gələn hisslərin, arzuların nəticəsindən yaranır. İnanmağım belə gəlmirdi. Ramizə cavab olaraq deyirdim ki, bax, sən zabitimizi Azərbaycana hansı yolla olursa-olsun göndərtdirə bilsən onda nənki mənim, hətta bütün azərbaycan millətinin gözündə əsil qəhrəmana çevriləcəksən! Bəzən elə şeylər olur ki, iki dövlət öz arasında çözə bilmədiyi şeyləri şəxsi yolla həll edə bilirlər. Nümunələr çoxdur belə şeylərə.
Ramiz 2010-cu ildə mənə dedi ki, Elman, artıq Ramil Səfərovun Azərbaycana ekstradisiyasının müsbət cavabını almışam. Bu işin arxasında duran şəxs Ramizin çox yaxın dostunun atası idi. Həmin adam uzun illər Macarıstanda yüksək vəzifələrdə çalışmış birisi idi. Bir gün Ramizdən eşitdim ki, zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya məsələsi ilə əlaqədar İlham Rəhimovla məşhur milyarder Qod Nisanov Macarıstana öz şəxsi təyyarələrində təşrif buyurublar. Budapeştə bu məsələnin həlli yollarını birlikdə müzakirə etmək üçün gəliblər. Ramiz, hətta İlham Rəhimovun həbsxanada zabitimiz Ramil Səfərovla 2 saatlıq görüşünü belə təşkil etmişdi. Həmin vaxtlar Müsavat qəzetində bu görüş barədə İlham Rəhimov böyük müsahibə də vermişdi. Belə bir görüşü təşkil etmək, halbuki həftələrlə zaman tələb edir. Ramil Səfərovu həbsxanada kompüterlə təchiz etmək isə bu insanların nələrə qadir olmasına bariz bir nümunədir. Macar tarixində görünməz istisna haldır bu… Bax, belə insanlara „Adsız qəhrəman” deməyib bəs nə deyəsən.
Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında başlanan bu iş 2 ilə yaxın vaxt apardı. Mən, bu müddət ərzində Ramizlə tez-tez telefonla danışırdım.
Hiss edirdim ki, Ramiz ailəlikcə çox həyacanlı anlar yaşayır. Hətta, onun ailəsi yuxusuz gecələr keçirirmiş. Ramiz mənə deyəndə ki, 3 gündən sonra zabitimizi təyyarəyə mindirib vətənə yola salacayıq, inanın sevincimin həddi-hüdudu bilinmirdi. Hətta Ramiz, Sahib kişiyə(Ramilin atası)telefonda deyib ki, get 5-10 quzu al qurban kəsmək üçün, çünki oğlunu həftə sonu vətənə yola salacayıq. Sahib kişi buna inanmayıb. Ona görə heç quzu da almayıb. Sonda Ramizə zənq edərək telefonda sevincdən hönkür-hönkür ağlayaraq üzr istəyib.
2012-ci il, avqustun 31-də ömürlük həbs cəsası almış Azərbaycan zabiti Ramil Səfərov Bakıya ayaq basarkən millətimizin sevincinin həddi-hüdudu yox idi. Bu sevinc bizlərin əyilmiş qamətini düzəldərək gələcək qələbəyə ruhlandırdı.
Bunları bizlərə, bütün türk dünyasına bəxş eləmək üçün Ramiz öz macar dostları ilə birlikdə həyatlarının ən qorxulu və ağır illərini yaşadılar, əlbəttə ki, özləri və ailələri ilə birlikdə…
Bilirəm ki, cənab Prezident İlham Əliyevlə Ramiz Əmirlinin baş tutan görüşəndən sonra Azərbaycanımız üçün göstərdikləri fədakarlıqlarına görə onlara mükafat da ayrılıb. Amma, həmin mükafatı təqdim edəcək adam hələ də ölkə rəhbərinin tövsisin bu günə kimi yerinə yetirməyib.
Martın 25-i əziz dostum Ramizin 67 yaşı olur. Ona möhkəm can sağlığı, firəvan həyat, Azərbaycan naminə gördüyü və görəcəyi işlərdə yeni-yeni uğurlar arzulayıram!
Ramiz, sən Azərbaycanın adaız qəhrəmanısan! Bundan böyük mükafat bilmirəm...
Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri,
Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.
67 Yaşlı Qürbətçim.

Xudaferin.eu

15:47
Digər xəbərlər