Adil bəydən birdə təbrik gəlməyəcək

Adil bəylə yazışmalarımıza baxıram. Çoxsaylı deyil. Hər ilin dekabrında bir-iki qiymətli kəlmə ilə ad günümü təbrik edir:
18.12.16
- Təbriuk edirəm, Mehriban xanım :)  
- Adil bəy, minnətdaram. Var olun, əziz olun həmişə.
18.12. 18
- Mehriban xanım, təbrik edirəm ( yenə təbəssüm işarəsi)
- Sağ olun, var olun,  Adil bəy.
18.12.19
- Mehriban xanım, təbrik edirəm :) 
- Minnətdaram, Adil bəy. Var olun.
14 apreldə Adil bəyə  "Yeri. yeri, kürkü yırtıq..."  hekayəmi göndərmişəm. yazmışam ki: arada siz də bizi oxuyun...
Cavabı özünə məxsus tikanlı və şirin bir üslubdadı:
- Salam ) Yəni siz bizi oxuyursunuz?
- Bəs nə? Rastıma gəlsə qətiyyən vaz keçmərəm. Üslubunuz da çox şirindi.
- Nə xoş mənə )
- :) 
- Yəqin bilirsiniz o zaman... mən özüm üçün yazıram adətən :) 
- Biz hamımız özümüz üçün yazırıq... sonra olur  hamının... ictimai sərvət...
- O da doğrudu... yazdığımız hamı üçün olanda yazıçı oluruq :) 
- Sizdə yazılacaq çox məlumat var... yazın...

...Nigarın məhkəməsində  Elton bəy və Adil bəylə əməkdaşlığımız olmuşdu. İsaxan bəy... onun əzab dolu gözlərlə qapımdan girməsini unuda bilmirəm...bu adı bu gün çəkməmək olmur... bir-birindən qiymətli insanlar idi... 

18.12.20
Adil bəydən təbrik gəlməyəcək bu il...  mən isə... hələ ömrüm var ikən...yenə  əvvəlki kimi... minnətdar olacam...
-  Təşəkkür edirəm, Adil bəy... yaxşı ki dünyada var idin...

Güman yerimiz olan dostlardan daha  biri bizi tərk etdi....
Qəlbimi saran kədər zəncirinin halqaları artmaqdadır.....

Mehriban Vezir
Xudaferin.eu

18:59