ADSIZ QƏHRƏMANLARDAN BİRİ — MƏZAHİR HACIYEV VƏ ACI TALE…
Həyatda elə insanlar var ki, onların əməyi bəzən yalnız ölümündən sonra qiymətləndirilir. Sağlığında isə onları ya başa düşmürlər, ya da etdikləri yaxşılıqların fərqinə varmırlar…
Belə insanlar çoxdur.
Bəzən görürsən ki, hay-küylə, yüksək səslə özünü göstərən, gördüyü işləri hər yerdə reklam etdirən insanlar sağlığında bütün mükafatlara, fəxri adlara layiq görülürlər. Amma zaman keçdikcə məlum olur ki, onların heç də hamısı aldıqları adlara və ödüllərə layiq deyilmiş…
Bir də adsız qəhrəmanlar var.
Onlar gördükləri yaxşılığı reklam etmirlər. Səssizcə yaşayır, səssizcə insanlara, vətənə, millətə xidmət edir və səssizcə həyatdan köçürlər…
Mənim uzun illər davam edən qürbət həyatımda belə bir neçə adsız qəhrəmanı şəxsən tanımışam.
Bu gün onlardan biri — Məzahir Hacıyev haqqında danışmaq istəyirəm.
Onun uğurlarından da, taleyindəki uğursuzluqlardan da, ən əsası isə yüksək insani keyfiyyətlərindən danışmaq istəyirəm. Bəlkə də bu, gənclərimiz üçün bir nümunə olar…
MOSKVANIN XAOS İÇİNDƏ OLDUĞU İLLƏR
1990-cı illərin əvvəllərində Moskva və ümumiyyətlə Rusiya çox mürəkkəb bir dövr yaşayırdı. Sovet İttifaqı dağılmış, yeni siyasi və iqtisadi münasibətlər yaranmışdı. Ölkədə kriminal mühit tüğyan edir, insanlar isə özlərinə yeni həyat qurmağa çalışırdılar.
Həmin illərdə Rusiyaya Azərbaycandan çoxlu soydaşlarımız axını vardı. Onların arasında müharibədən qaçanlar, ağır maddi vəziyyətdən çıxış yolu axtaranlar, iş və qazanc dalınca gələnlər, müxtəlif səbəblərlə Rusiyaya üz tutan insanlar vardı.
Müxtəlif bölgələrdən gələn soydaşlarımız arasında parçalanmalar da vardı. Əksəriyyəti rayon-rayon, kənd-kənd bölünərək kriminal qruplaşmalar yaratmışdılar. Bir-birinə arxa durmaq əvəzinə, bəzən bir-birinə qənim kəsilirdilər. Günahsız qanlar axıdılırdı…
Mən 1995-ci ildə Moskvaya iş adamı kimi gələndə bu mənzərəni görüb ciddi xəyal qırıqlığına uğramışdım.
Düşündüm ki, biznesdən kənar, milli-mənəvi yöndə də nəsə etmək lazımdır…
Çünki artıq Polşada müəyyən təşkilatlanma təcrübəsi toplamışdım. 1990-cı ildən Polşada yaşayırdım və həmin ölkədə də çox ağır, kriminal bir keçid dövrünün şahidi olmuşdum. Orada azərbaycanlılar birləşərək cəmiyyət yaratmış, bir-birimizə dayaq olmağa və soydaşlarımızı kriminal mühitdən uzaq saxlamağa çalışmışdıq. Mən də həmin təşkilatın rəhbəri kimi bu proseslərin içində olmuşdum.
Moskvada isə vəziyyət tamamilə fərqli idi.
Kriminal hadisələr, ölümlə nəticələnən qətllər tez-tez baş verirdi. Bütün bunlar azərbaycanlılar arasında baş verirdi. Burada milli şüurdan söhbət gedə bilməzdi. Sanki millətimizin cahil təbəqəsinin bir hissəsi bir-birinə qənim kəsilmişdi.
Bu gün həmin ağrılı hadisələri və qatilləri bir-bir sadalamaq istəmirəm. Sadəcə deyə bilərəm ki, o illərdə belə hadisələr, təəssüf ki, adi hala çevrilmişdi.
Mənim Moskvada ticarətə başlamamda “Göyçaylı Asif” kimi tanınan xeyirxah iş adamı Asif Bağırovun böyük köməyi olmuşdu. Sonralar isə onun vasitəsilə burada bir sıra dəyərli insanlarla tanış oldum.
Onlardan biri bu gün də xeyriyyəçiliyi ilə tanınan Tahir Hacıyev, digəri isə dəyərli elm adamı Həşim Əliyev idi.
Tahir bəylə böyük biznes şəbəkəsi qurmuşduq. O, biznesə Moskvada, mən isə Avropada nəzarət edirdim. Tahir Hacıyevlə əsas söhbətlərimiz bizneslə bağlı olsa da, Həşim Əliyevlə daha çox milli məsələlər, diaspor fəaliyyəti barədə danışırdıq.
Burada gənclərlə milli birlik barədə çox söhbət edirdik. “Xudafərin” jurnalını Moskva və Rusiyanın müxtəlif yerlərində yayır, gənclər arasında milli şüurun və düşüncənin güclənməsinə çalışırdıq…
Tahir Hacıyev əvvəlcə diaspor işinə daha çox kənardan müşahidə edirdi. Amma ticarətdə bizə hər cür kömək göstərirdi. Sonralar diaspor işinə geniş qoşuldu, öz bilik və bacarığını, maddi imkanlarını bu işdən əsirgəmədi.
Beləcə, yavaş-yavaş Moskvada Azərbaycan diasporunun təməli qoyulmağa başladı. Ziyalılar, iş adamları, milli düşüncəli insanlar getdikcə artır, elm adamları da getdikcə önə çıxırdılar.
Bu işlərdə mənim də az da olsa əməyim var və bununla bu gün qürur duyuram.
Amma həmin dövrün bir başqa həqiqəti də var idi ki, onu demədən bu yazı tamamlanmış olmaz…
QÜRBƏTDƏ AİLƏ VƏ MİLLİ MƏSULİYYƏT
Mən uzun illər Avropada və Rusiyada yaşayan azərbaycanlı ailələri müşahidə etmişəm. Təəssüf ki, qürbətdə yaşayan Azərbaycan ailələrində çox vaxt belə bir mənzərə görmüşəm:
Qadın öz həyat yoldaşının diaspor və milli fəaliyyətlə məşğul olmasına dəstək vermək əvəzinə, ona daha çox mane olur, sanki ərini kəndirlə evə bağlamağa çalışır…
“Nədir, nə olub?”, “Niyə sən düşmüsən ortalığa?”, “Səndən başqa adam yoxdur?” — kimi ifadələrə həm özümün, həm də əqidə yoldaşlarımın ailələrində dəfələrlə şahid olmuşam.
Halbuki başqa xalqlarda, o cümlədən ermənilər arasında ailənin hər iki üzvünün milli fəaliyyətə birlikdə qoşulmasının çoxsaylı nümunələrini görmüşəm. Qürbətdə kişi də, qadın da öz milli məsələsinə sahib çıxır, bir-birinə dayaq olur.
Mən hətta başqa millətdən olan insanlarla ailə qurmuş azərbaycanlı qadınların arasında belə Azərbaycan diasporuna daha fəal qoşulanlarını görmüşəm. Bəzən onların xarici həyat yoldaşları da Azərbaycan naminə diaspor fəaliyyətində iştirak ediblər.
Burada bunları heç kimi ittiham etmək üçün yazmıram. Sadəcə düşünürəm ki, qürbətdə yaşamaq insanın milli məsuliyyətini azaltmamalı, əksinə, artırmalıdır.
Ailə də bu məsuliyyətin qarşısında maneə yox, dayaq olmalıdır.
MƏZAHİR HACİYEV
Məzahir Hacıyev Tahir Hacıyevin böyük qardaşı idi. Məndən 6-7 yaş böyük olardı. Hər ikimizin doğum günü eyni ayın eyni gününə düşmüşdü. İkimiz də Aslan bürcündən idik. Çünki Məzahir bəy hər gün bürcləri oxuyar və qismən inanırdı…
Moskvada ticarət işlərinin ümumi rəhbərliyi Tahir Hacıyevin üzərində olsa da, bir çox praktiki işləri əsasən Məzahir Hacıyev həyata keçirirdi.
İlk vaxtlar, düzünü deyim, Məzahir bəylə sözümüz o qədər də alınmırdı. Hətta bəzən aramızda ciddi qarşıdurma da yaranırdı…
Mən milli məsələlərə, diaspor fəaliyyətinə çox önəm verirdim. O isə bu mövzudakı söhbətləri eşitmək belə istəmirdi.
Amma sonradan başa düşdüm ki, insanın vətənpərvərliyini yalnız danışdığı sözlərlə ölçmək olmaz.
Məzahir bəy milli məsələlər barədə çox danışmasa da, lazım gələndə əməli ilə ortaya qoyardı.
Xüsusilə azərbaycanlılarla ermənilər arasında gərginliyin olduğu vaxtlarda özü gedib erməni icmasının nümayəndələri ilə görüşürdü.
Onun çox qeyri-adi diplomatik qabiliyyəti vardı.
Bir dəfə azərbaycanlı və erməni gənclər arasında ciddi söz-söhbət yaranmışdı. Birlikdə erməni icmasının rəhbərlərindən biri ilə görüşə getmişdik. Mənə maşında gözləməyi təklif etdi, özü tək içəri girdi.
Gördüm, gəlmir və çox narahat halda içəri girdim.
Nə görsəm yaxşıdır?
Məzahir bəy erməni icmasının rəhbəri ilə nərd oynayırdı. Ətraflarında başqa ermənilər isə oyuna tamaşa edirdilər.
Məni görəndə gülümsədi və üzrxahlıq etdi:
— Bilirəm, nərd oyunundan zəhlən gedir. Bu baxımdan dedim, maşında otur.
Mən sonradan anladım ki, bu, sadəcə nərd oyunu deyilmiş. O, həmin görüşdə gərginliyi aradan qaldırmaq, qarşı tərəflə ünsiyyət yaratmaq və ciddi bir məsələni söhbətlə, nərd oynaya-oynaya həll etmişdi.
Bu, onun özünəməxsus üsulu idi.
Məzahir bəy belə idi.
Gülərüz, temperamentli, insanlarla dil tapmağı bacaran və qeyri-adi diplomatik qabiliyyətə malik bir insan.
BİRLİKDƏ KEÇƏN YOLLAR…
Məzahir bəyi yaxından tanıdıqca münasibətlərimiz də dəyişdi və getdikcə doğmalaşdıq.
Artıq aramızda iş münasibəti yox, səmimi dostluq münasibəti yaranmışdı.
Birlikdə istirahətə gedir, müxtəlif ölkələrə səfər edir, Azərbaycana da bəzən birlikdə gedərdik. Azərbaycanı avtomobillə bölgə-bölgə gəzirdik.
İtirdiyimiz dostların, şəhid olmuş yaxınlarımızın məzarlarını ziyarət edir, ailələrinə birlikdə baş çəkirdik.
Beləcə, Məzahir bəy mənim üçün doğma bir insana çevrilmişdi.
Uzun səfərlərimiz zamanı saatlarla söhbət edirdik. Mən onun uşaqlığından, gəncliyindən, tələbəlik illərindən çox şey öyrənmişdim.
Bir gün Azərbaycanda olanda onun tələbəlik albomlarını və dəftərlərini birlikdə vərəqləyirdik.
Dəftərin arasında köhnə bir sovet beşmanatlıq əsginas gördüm.
Soruşdum:
— Məzahir bəy, bu nə beş manatdır?
Dedi:
— Bunun mənim üçün böyük tarixçəsi var. Bu pul mənim üçün müqəddəsdir.
MİR CƏLAL PAŞAYEV VƏ BEŞ MANATLIQ XATİRƏ
Məzahir Hacıyev Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdı. Şərq dillərini yaxşı bilirdi. Tələbəlik illərindən sonra həyat yolu onu hətta odlu-alovlu Əfqanıstana da aparmışdı.
Amma həmin beş manat onun tələbəlik illərindən qalan ən əziz xatirələrindən biri idi.
Bir dəfə atasının xəstəliyi ilə əlaqədar dərslərindən geri qalır. Kənddən Bakıya qayıdanda özü ilə bir neçə kənd çolpası kəsdirib götürür, bir torba da həyətlərinin narından gətirir.
Universitetdə çox sevdiyi, ona həmişə təmənnasız kömək edən müəllimi varmış.
Bu müəllim Azərbaycanın böyük yazıçısı Mir Cəlal Paşayev olub.
Universitetin qarşısında dayanıb Mir Cəlal müəllimi gözləyir. Mir Cəlal müəllim gələndə ona yaxınlaşır və atasının xəstəliyi ilə əlaqədar dərslərdən geri qalmasını və universitetdəki problemini danışır.
Sonra gətirdiyi payları göstərir:
— Mir Cəlal müəllim, bunlar kənd çolpasıdır. Bunlar da bizim həyətin narlarıdır. Sizə gətirmişəm.
Mir Cəlal müəllim çolpaları götürmür:
— Onları yataqxanaya apar, tələbə yoldaşlarınla birlikdə yeyərsiniz.
Amma narların içindən böyük birini götürüb deyir:
— Bax, bu nar xoşuma gəldi. Bunu götürürəm, amma bir şərtlə.
Cibindən beş manat çıxarıb Məzahirə verir:
— Bu narın pulunu verirəm.
Məzahir etiraz edir. Deyir ki, bu, müəlliminə hörmət əlamətidir.
Mir Cəlal müəllim isə pulu qəbul etməsə, narı da götürməyəcəyini bildirir.
Beləcə, Məzahir bəy həmin beş manatı götürür, Mir Cəlal müəllim isə böyük narı.
Əslində isə həmin illərdə narın kilosu 1-2 manat olub…
Sonralar Mir Cəlal müəllim onun universitetdəki probleminin həllinə də kömək edir.
İllər keçir.
Sovet hökuməti dağılır. Həmin pulun maddi dəyəri demək olar ki, yox olur.
Amma Məzahir Hacıyev onu illərlə saxlayır.
Çünki o beş manat artıq pul deyildi.
O beş manat bir müəllimin tələbəsinə olan qayğısının, insanlığının və Məzahir bəyin tələbəlik xatirəsinin rəmzinə çevrilmişdi…
BİR İNSANIN AİLƏ TALEYİ
Məzahir bəy ailə həyatını gec qurmuşdu. Təəssüf ki, bu həyat da istədiyi kimi uğurlu alınmamışdı.
Mən onun şəxsi həyatından danışmaqla onu ittiham etmək, yaxud aşağılamaq fikrindən çox uzağam.
Əksinə, istəyirəm ki, gənclərimiz bir insan taleyindən nəticə çıxarsınlar.
Ailə yalnız zahiri gözəllik üzərində qurulmamalıdır.
İnsanlar bir-birini tanımalı, dost olmalı, birlikdə həyatın müxtəlif sınaqlarından keçməli, bir-birlərinin xarakterlərini bilməlidirlər.
Çünki gözəllik əbədi deyil.
İllər keçir, zahiri görünüş dəyişir. Əgər gözəlliyin arxasında dostluq, qarşılıqlı hörmət, anlayış və xarakter uyğunluğu yoxdursa, ailə insanın ən böyük tənhalığına çevrilə bilər…
Məzahir bəy dünyəvi düşüncəli, inancına hörmət edən, amma dini fanatizmdən uzaq bir insan idi. Həyat yoldaşı isə dini həyata daha sərt yanaşırdı.
Mən heç vaxt kiminsə inancına və geyiminə müdaxilə etməyi düzgün hesab etməmişəm. Hər bir insan bu məsələlərdə azaddır.
Amma ailədə iki insanın dünyagörüşü və həyat tərzi arasında böyük uçurum yarananda bunun nəticələri ağır ola bilər.
Məzahir bəy bəzən evə getmir, ofisdə qalırdı.
Mən onu çox vaxt qınamaq əvəzinə düşünürdüm:
Bəlkə bu insanı da dinləmək lazımdır?
Axı onun da ürəyi vardı. Onun da dərdi vardı…
Bizim cəmiyyətdə isə çox vaxt ailə problemi yarananda səbəbi araşdırmadan bütün günah kişinin üzərinə qoyulur.
Mən isə hesab edirdim ki, insanı dinləmədən onun haqqında hökm çıxarmaq olmaz.
Məzahir bəy mənə deyirdi ki, övladları artıq böyüyüb, hərəsinin öz ailəsi, öz evi var. Amma özü də insandır, onun da yaxınlığa, ünsiyyətə, isti ailə münasibətinə ehtiyacı var.
O, temperamentli, həyatsevər, ünsiyyətcil bir insan idi. Qadınlar da ona maraq göstərirdilər. Amma mən onu sadəcə “qadın düşkünü” adlandırmağı düzgün hesab etmirəm.
O, həyat enerjisi yüksək olan bir insan idi.
Bir dəfə mən ona dedim:
— Məzahir bəy, bəs sizi evdən uzaqlaşdıran nədir?
O isə öz həyatındakı çətinliklərdən danışdı.
Mən çox istəyirdim ki, Məzahir bəy evinə, ailəsinə qayıtsın. Çünki onun gözəl, tərbiyəli, savadlı övladları vardı. Xüsusilə oğullarından biri çox istedadlı gənc idi və mən onu bu gün də böyük hörmətlə xatırlayıram.
Amma insanın qəlbini məcbur etmək olmur.
SON YOL
Zaman keçdikcə Məzahir bəy daha da tənhalaşdı.
Nəhayət, evindən uzaqlaşdı. Moskvanın kənarında müxtəlif işlər qurdu və orada başqa bir qadınla yaşamağa başladı.
Amma qəribədir…
İnsan bəzən həyatını dəyişir, amma içindəki tənhalıq dəyişmir.
Məzahir bəy də əvvəlki kimi gülmürdü.
Bəzən ürəyində ağrılar olduğunu deyirdi. Mən dəfələrlə ona həkimə müraciət etməyi tövsiyə edirdim.
Amma getmirdi.
Bir gün Moskva yaxınlığında avtomobillə magistral yolda gedərkən ürəyi qəfil tutur.
Maşını yolun kənarına çəkir və sükan arxasında gözlərini həyata əbədi yumur.
Bu xəbəri eşidəndə çox sarsıldım.
MƏZARI BAŞINDA
Bir gün Azərbaycandayam, Göyçayın İnçə kəndinin qəbiristanlığında Məzahir bəyin məzarı başında dayanıram.
Bizdə belə bir adət var: qəbir ziyarətinə gedəndə bəzən insanlar yanında molla aparır, qəbir üstündə Quran oxutdururlar.
Amma mən həmin gün yanımda heç kimi aparmadım.
Məzahirin məzarı önündə diz çökdüm.
Sağ dizimi qatlayıb əlimi çənəmə söykədim və uzun müddət susdum…
Mən həmin an bir insanın taleyi haqqında düşünürdüm…
Düşünürdüm:
Görəsən, mən nə edə bilərdim ki, onu xilas edim?
Niyə insanlar bir-birini sağlığında başa düşmürlər?
Niyə bəzən doğmalarımızın içindəki ağrını görmürük?
Niyə insanın dərdini yalnız o həyatdan gedəndən sonra anlayırıq?
Bu gün Məzahir bəy həyatda yoxdur.
İndi onun doğmaları ilə söhbət edəndə bəzən belə sözlər eşidirəm:
“Kaş belə edərdik…”
“Kaş ona belə yanaşardıq…”
“Kaş vaxtında başa düşəydik…”
Amma həyatın ən ağır sözü də elə “kaş” sözüdür.
Çünki insan həyatda olmayandan sonra edilən “kaş”ların heç bir faydası yoxdur.
Kaş biz sağlığında bir-birimizə daha həssas yanaşaydıq…
Kaş insanın susmasının arxasında bəzən böyük bir fəryadın dayandığını görəydik.
Kaş bir-birimizin içinə girib, taleyi ilə maraqlanıb, heç olmasa bir insanı vaxtında xilas edə biləydik.
Amma bacarmadıq.
Məzahir Hacıyev getdi. Bu həyatdan inciyib getdi…
O, bütün şüurlu ömrünü sakitcə, nümayişsiz yaşadı. İnsanlara, öz elinə, vətəninə, imkan daxilində milli işə xidmət etdi.
Bəlkə də ona görə onun adı böyük tribunaların, yüksək səslə deyilən çıxışların arasında çox eşidilmədi.
Amma mən bu gün onun haqqında yazmaqla bir şeyi demək istəyirəm:
İnsanın böyüklüyü həmişə aldığı adlarla, medallarla və səslə ölçülmür. Bəzən bir insanın böyüklüyü onun arxasında qoyduğu xatirələrdə, etdiyi yaxşılıqlarda və bir neçə insanın ürəyində yaşatdığı sevgidə görünür.
Məzahir bəyin mənim yaddaşımda isə bir beş manatı var…
Bir böyük nar var…
Bir nərd masası arxasında həll etdiyi ciddi məsələ var…
Bir neçə uzun yol, bir neçə səmimi söhbət var…
Və bir də Göyçayın İnçə kəndində sakitcə uyuyan bir məzar.
Mən həmin məzarın başında bir daha düşündüm:
Bəlkə də biz insanları itirməzdən əvvəl onların qədrini bilməyi öyrənməliyik.
Çünki ölümündən sonra bir insan haqqında gözəl sözlər demək asandır.
Əsl böyüklük isə insan sağ ikən onun əlindən tutmaqdır.
Məzahir bəy, səni sağlığında bəlkə də tam anlaya bilmədik… Bağışla…

Kaş bir-birimizin dərdinə şərik olmağı bacaraydıq.

Amma səni unutmadıq.
Ruhun şad olsun, dostum.
Kədər hissi ilə,
Elman Mustafazadə
Xudaferin.eu
16:12
Digər xəbərlər